5 Iyul 2026, Bazar günü
DÇ-2026-da ilk 1/4 finalçı müəyyənləşdi
"Turan Tovuz"da yeni qapıçı
DÇ-2026: 1/8 finalın bütün cütləri
"Sumqayıt"da braziliyalı qapıçı

Digər idman növləri

“Azərbaycan millisi nə qədər güclü olsa da, qapımızda 11 qol görməli deyildik”

“Bu gün çox güclü komandaya qarşı oynadıq. Amma rəqib nə qədər güclü olsa da, qapımızda 11 qol görməli deyildik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Danimarkanın futzal yığmasının baş məşqçisi Nikolay Klein deyib.

Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində yığmamıza 2:11 hesabı ilə uduzan skandinaviyalıların baş məşqçisi, Azərbaycan millisinin görüşün sonlarında tam üstünlüyə yiyələndiyini qeyd edib: “Birinci hissədə yaxşı oynadıq. Lakin oyunun son 10 dəqiqəsində Azərbaycan yığması üstünlüyə tam yiyələnərək, ardıcıl qollar vurdu. Həm Ukrayna, həm də Azərbaycan millisi güclü komandadır. Bu cür rəqiblərlə qarşılaşmaq bizim üçün yaxşı təcrübə oldu”.  

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31