Minifutbol
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
Minifutbol üzrə ölkə birinciliyində çempionluq uğrunda mübarizəni davam etdirən 4 komandadan biri olan “Aznur”un qapıçısı və kapitanı Nuri Fətiyevin Futbolxeber.az saytına müsahibəsi
- Ölkə çempionatının yarımfinal mərhələsinin ilk oyununda “Real Bakı” ilə bərabərə qaldınız (2:2). Halbuki əvvəlki mərhələdə “Zirə”ni mübarizədən kənarlaşdırdıqdan sonra çoxları sizi bu cütün favoriti kimi görürdü. Birinci yarımfinal görüşündə qələbə qazanmağınıza nə mane oldu?
- Sözün düzü, komandada bir qədər rahatçılıq var idi. Əvvəlki mərhələdə 2 oyunun nəticəsinə əsasən “Zirə”ni 6:0 hesabı ilə üstələmişdik. “Zirə” bu çempionatın ən güclü 2 komandasından biridir. İlk mərhələdə 15 oyunun hamısında qələbə qazanmışdılar. Onları mübarizədən kənarlaşdırmaq bizim üçün çox xoş oldu. Lakin bu gün (söhbət dünən olub - red.) görünürdü ki, komandada bir qədər boşluq var idi. Bununla belə, mübarizə hələ bitməyib, qarşıda cavab oyunu var. Sözümüzü deyəcəyik, inşallah finala çıxacağıq.
- Yəni “Zirə”ni mübarizədən kənarlaşdırdıqdan sonra komandanızın hədəfi nə olur-olsun finala vəsiqə qazanmaqdır?
- Hədəf final yox, çempionluqdur. Bu turnirin ilk çempionu biz olmuşuq, 2018-ci ildə.
- Həmin vaxt “Peçat Dönər” adı ilə çıxış edirdiniz.
- Bəli, komandanın adı “Peçat Dönər” idi. Sonradan “Aznur” oldu. Amma eyni rəhbərlik, eyni baş məşqçidir.
- Yeri gəlmişkən, komandanızın adını “Peçat Dönər”dən “Aznur”a dəyişməyə səbəb nə oldu?
- “Peçar Dönər” adı bir qədər peşəkar görünmürdü. Çünki indi daha ciddi çempionatda mübarizə aparırıq.
- Son illərdə minifutbol çempionatında səviyyənin yüksəldiyini nəzərə alsaq, komandanızın potensialı çempionluğa imkan verir?
- Potensial var. Sadəcə problem ondadır ki, bizim komandamız bir qədər qeyri-stabildir. Güclü komandanı udub, bəzən zəifə 0:5 hesabı ilə uduza bilərik. Bunun nəticəsidir ki, pley-offa vəsiqəni də son turda təmin etdik. Amma gücümüz var, heç bir rəqibdən qorxmaq lazım deyil.
- 1/4 final mərhələsində “Zirə” aşkar favorit olsa da, onları mübarizədən kənarlaşdırdınız. Bunu nəyin hesabına bacardınız?
- Baş məşqçimizin bu uğurda böyük əziyyəti var. Rəcəb Fərəczadə bizi meydanda kompüter kimi idarə elədi. Eləcə də İlkin Hacıyevin adını çəkə bilərəm. Onun meydandakı rolu çöx böyük oldu.
- İlk oyunda 2:0 hesabı ilə qələbə qazanan “Birbaşa Bakı” finala çox yaxındır. “Aznur” əsas favoritdən sonra çempionu da üstələyə bilər?
- İnşallah bunu bacararıq. Əsas finala yüksələk, sonra o barədə düşünəcəyik. Həm də final cəmi 1 oyundur və 50 dəqiqə ərzində hər şey baş verə bilər.
- Yəqin ki, komandanızın hədəflərindən biri də Çempionlar Liqasında oynamaqdır.
- İlk dəfə çempion olanda Çempionlar Liqasında oynamışıq. Amma indi turnirin səviyyəsi fərqlidir. Təbii ki, bu turnirdə çıxış etməyi çox istəyirik.
- Çempionlar Liqasına vəsiqə qazanacağınız halda, komanda güclənəcək, yoxsa turnirdə elə hazırkı heyətlə mübarizə aparacaqsınız?
- Elə bu komanda ilə oynamağı düşünürük. Amma ümumi götürdükdə növbəti mövsüm üçün heyətimizi gücləndirməyi düşünürük. Hətta “Zirə”dən də transfer etmək planımızda var.
- Siz “Aznur”un qapıçısı, kapitanı, həm də rəhbərisiniz. Meydanda olmaq öz istəyinizdən irəli gəlir?
- Bəli, ən ləzzət edəni budur (gülür). Bizim komandada peşəkar futbolçular var, hansılar ki, futbol çempionatında - I, II Liqada mübarizə aparırlar. Amma mən həftədə cəmi 1 dəfə oynayıram. Mənə o ləzzət elədi ki, “Zirə” kimi komandaya qarşı oynadım.
- Və 100 dəqiqə ərzində qapınızı toxunulmaz saxladınız...
- Bəli, qapımı toxunulmaz saxladım. Bu, çox xoşdur.
- Belə çıxır ki, komandanın yaşaması üçün siz daim oynamalısınız?
- Açığı, bu, mənim hobbimdir. Kənardan baxmaq çox ağır gəlir.
- Mən də sizin kimi artıq çəkidən əziyyət çəkirəm. Amma siz artıq çəkiyə baxmayaraq, qapıda inamlı təsir bağışlayırsınız. Bunu necə bacarırsınız?
- 4 yaşımdan futbolla məşğul olmuşam. Sonra zədə aldım, bir müddət kənarda qaldım, ona görə kökəldim. Amma 15 yaşıma kimi peşəkar səviyyədə futbol oynamışam. Bu gün də həvəsim ölməyib.
- Siz şirkət rəhbərisiniz. Komandanızın bu mövsümdəki inamlı çıxışı ətrafınızda olan iş adamlarının da minifutbola maraq göstərmələrinə səbəb ola bilər?
- Ola bilər. Amma cari mövsümdə də çempionatdakı iştirakçılardan beşi mənim dostlarımın komandasıdır.
- Böyük futbolda komanda yaratmaq istəmirsiniz?
- Xeyr. Oynaya bilsəydim, bəlkə olardı (gülür).
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:30
Millimiz Çiliyə məğlub oldu
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:31
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
09:20
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununa çıxır
-
09:15
“Qarabağ” “Dinamo” ilə üz-üzə
-
09:00
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar müəyyənləşir
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
-
17:07
Bakıda Braziliya ciu-citsusu üzrə açıq turnir keçirilib
-
16:39
“Sumqayıt” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdır?
-
16:18
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
-
16:00
"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisinə çağırıldı
-
15:51
Azərbaycan ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi
-
15:44
Azərbaycan çempionatının püşkü atıldı
-
15:32
Minifutbol üzrə ölkə çempionatın 12 komanda yarışacaq
-
15:25
Orxan Məmmədov: "Çempionat güclü olmasa, milli stabil çıxış edə bilməz"
-
14:56
Azərbaycan Super Liqası: II turun oyunlarının vaxtı açıqlanıb
-
14:13
Sabiq “Qarabağ”lı: “Sevilya” ilə hər şey razılaşdırılmışdı”
-
13:39
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
-
13:01
DÇ: İki qadın güləşçimiz məğlub olub, İslam Abbasov medal şansını itirib
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:27
Millimiz son oyununda qalib gəldi
-
11:58
"Gəncə"nin yeni baş məşqçisi açıqlandı
-
11:32
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışda
-
11:15
DÇ: U-15 millimizin növbəti rəqibi dəqiqləşib
-
10:46
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:23
Beş cüdoçumuz Asiya Kubokunda iştirak edəcək
-
10:09
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:51
Anje Mutsinzi: “Sumqayıt”ı məğlub etmək heç də asan deyil”
-
09:34
Murad oynadı, komandası xal itirdi
-
09:17
Derbini "Qalatasaray" qazandı VİDEO
-
09:00
"Qızıl top"un sahibi açıqlanıb
28.10.2026
27.10.2026























