Minifutbol
Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
Azərbaycan milli komandasının sabiq üzvü, minifutbol üzrə millimizin və “Birbaşa Bakı”nın üzvü Təmkin Xəlilzadənin Futbolxeber.az saytına müsahibəsi
- Əksər azarkeşləri bu sual düşündürür: Xorvatiya millisinə möhtəşəm qol vuran Təmkin Xəlilzadə bu gün niyə böyük futbolda yoxdur?
- “Zirə”dən ayrıldıqdan sonra 1-2 komandadan təklif oldu. Amma maliyyə şərtlərində razılaşmadıq. Mənim dediklərimlə onlar, onların dedikləri ilə mən razılaşmadım. Detallarda razılığa gələ bilmədik. Ondan sonra təklif oldu. Ardınca Qazaxıstandan bir variant çıxdı. Onda da reallaşmadıq. Halbuki mən hər zaman təkliflərə açığam, oturub söhbət etməyə, planları dinləməyə hazıram.
- Təklif olsa, hazırkı idman formanız bu gün yenidən Premyer Liqada çıxış etməyə imkan verir?
- Deyim ki, oynaya bilmərəm, xeyr. Yaşım 30-dur, sözüm pis çıxmasın, Premyer Liqanın oyunlarınız izləyirəm. Bu çempionata 100 faiz oynayaram, hətta çoxundan da yaxşı. Amma rəəssüflənmirəm. Həyat davam edir. İndi minifutbolda oynayıram. Altı aydan, bir ildən sonra böyük futboldan təklif olarsa, yenidən qayıda bilərəm. Böyük futbol karyeram bitməyib. Birinci Liqa, İkinci Liqa klublarından bu gün də təklif var. Sadəcə o liqalarda özüm oynamaq istəmirəm. Heç kim sabahından sığortalanmayıb. Mən sadəcə bugünkü gündə oynamaram deyirəm. Bəlkə ola bilər ki, gələn mövsüm oynayım. Ancaq indi “Birbaşa”nı fikirləşirəm. Bir də, minifutbol üzrə Avropa çempionatı yaxınlaşır. Onu düşünürəm.
- Yəni Təmkin Xəlilzadə hələ böyük futbolda karyerasını başa vurmayıb?
- Hər zaman demişəm, yenə də təkrar edirəm ki, böyük futbol karyeramı bitirməmişəm. Sadəcə minifutbola həmişə marağım olub. Mən böyük futbol oynaya-oynaya da minifutbol oynayırdım. Böyük və minifutbol arasında fərq var. Amma hara fırlatsan, topdur da. Ən sevdiyim işdir.
- Kənardan Azərbaycan Premyer Liqası necə görünür? Çempion sona 8 tur qalmış müəyyənləşirsə, bu, çempionatda rəqabətin olmamasının göstəricisidir, yoxsa “Qarabağ”ın gücünün?
- Azərbaycan Premyer Liqasında rəqabət yoxdur. “Qarabağ”la heç kim rəqabət apara bilməz. Bu, dəqiqdir. “Qarabağ” həmişə digər komandalardan güclü olub. Bu da Qurban Qurbanovun gördüyü işin nəticəsidir. Onun etdiyini Türkiyənin böyük klubları “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş” heç edə bilməyib. Milyonlar xərcləyirlər, amma yadıma gəlmir ki, hansısa Türkiyə klubu avrokubokların qrup mərhələsində ardıcıl 10 il çıxış etsin. “Qarabağ” elə səviyyəyə çatıb ki, Azərbaycanda insanlara futbolu sevdirib. Millimizin, digər klublarımızın avrokubok görüşlərində stadionun belə dolduğunu xatırlamıram. “Qarabağ”ın cari mövsümkü avrokuboklar çıxışına, mübarizəsinə alqış düşür. Heç kimdən çəkinmədilər. “Bayer” Avropada at oynadır, onlara iki oyunda 4 qol vurmaq, özü də hər iki matçda son saniyələrə qədər öndə olmaq, 10 nəfərlə qol vurmaq alqışalayiqdir...
- “Qarabağ”dan söz düşmüşkən, hazırda sol cinahda çıxış edən Elvin Cəfərquliyevin, Toral Bayramovun yerində siz də ola bilərdiniz. Bu şansı itirdiyiniz üçün peşmansınız?
- Həyatda peşman olmağı heç vaxt xoşlamamışam. Düzdür, hər şeyi analiz etmişəm. Amma peşmançılıq, öz-özümə deyinməyim olmayıb. Olubsa, artıq olub, geridə qalıb, gələcəyi düşünmək lazımdır demişəm. “Qarabağ”ın akademiyasından futbola gəlmişəm. Əsas komandada da oynamışam. Mənim vaxtımda sol cinahda Ansi Aqolli oynayırdı. Az-az şans qazanırdım, çempionatda da 4-5 matçda, kubokda da oynamışam. Ondan sonra AZAL-a icarəyə yollandım. 2014/2015 mövsümü idi, orada karyeram yaxşı keçdi. Ondan sonra da “Zirə”, “Qəbələ”, “Sabah”. Düzdür, “Qarabağ”da oynaya bilərdim. Elvin Cəfərquliyev, Toral Bayramov bu dəqiqə yaxşı formada olan futbolçularımızdandır. Hər zaman demişəm, Elvinlə Toralın bugünkü durumda olmalarını birbaşa Qurban Qurbanova bağlayıram. O uşaqlara güvəndi, hansı oyunlarda meydana buraxdı. “Qarabağ”da oynayan yerli futbolçular Qurban müəllimə böyük təşəkkür etməlidirlər. Onların üzərində əməyi danılmazdır.
- Azərbaycan millisinin sabiq üzvü kimi Monqolustan və Bolqarıstana qarşı keçirilən son oyunları necə dəyərləndirirsiniz?
- Çoxları düşünürdü ki, millimiz Monqolustan üzərində rahat qələbə qazanacaq, mən özüm də həmçinin. Düzdür, millimiz çox yaxşı oynadı deyə bilmərəm. Çünki rəqib elə komanda idi ki, millimiz onsuz da 90 dəqiqəni hücumda keçirməliydi. Sadəcə epizodlardan istifadə edə bilmədilər, bizi o üzdü. Amma şükür Allaha, son dəqiqədə Bəhlul hamımızı sevindirdi. Qələbə qələbədir, çox da tənqid etmək olmaz. Hücumda oynayanlar hazırda yaxşı formada deyillər. Lakin Bolqarıstanla matça baxmamışam deyə, nəsə deyə bilmərəm.
- Millinin baş məşqçisi barədə fikirləriniz necədir: yerli, yoxsa əcnəbi mütəxəssis olmalıdır?
- Milliyə legioner gələcəksə, o qədər bizim ölkəni sevməli, can yandırmalıdır ki. Yoxsa, sırf pula görə gələcəksə, nəticə vecinə olmayacaqsa, lazım deyil. Yerli mütəxəssislərimizə güvənmək olar, yaxşı məşqçilərimiz var. Ad çəkməyəcəm, kimisə unudaram, başqa cür başa düşərlər. Yaxşı məşqçilərimiz var. Güvənmək olar. Onsuz da, uzun illərdir ki, nəticələr yoxdur. Lap 2-3 il də olmasın, nə olacaq? Dünyanın axırı deyil ki. Onsuz da biz böyük turnirlərdə iştirak etmirik. Ona görə də yerliyə güvənmək, 2-3 il şans vermək olar.
- Böyük futboldan fərqli olaraq, minifutbol millimizi qarşıda Avropa çempionatı gözləyir. Qitə çempionu titulunu qorumaq mümkün olacaq?
- Bəli, biz hazırkı Avropa çempionuyuq. Dünya çempionatında da dördüncü olduq. Təəssüf ki, yarımfinalda Qazaxıstana uduzduq. Ondan sonra isə üçüncü yer uğrunda görüşdə motivasiyamız çox aşağı idi, matça heç cür köklənə bilmədik. Amma dünya çempionatında dördlüyə qalmaq böyük uğur idi. Əvvəl minifutbol bizdə çox da inkişaf etməmişdi. Orxan Məmmədov sağ olsun, şərait yaradıb, artıq bizdə də minifutbol inkişaf edir. Məncə, ildən-ilə daha yaxşı olacaq, millimiz daha yaxşı nəticələr əldə edə bilər. Avropa çempionatında da çox yaxşı komandalar olacaq. Baş məşqçimiz rəqiblər haqda məlumatları bizə verəcək. Gücümüz nəyə çatırsa, ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
04.10.2026
03.10.2026
02.10.2026
























