23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Minifutbol

Zemfira Meftahətdinova təqaüdə göndərildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı DİN-in İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinovanı qəbul edib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 
 
Yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, İdman Cəmiyyətinin rəisi kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib. Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını Z.Meftahətdinovaya təqdim edib.
 
Bundan sonra Z.Meftahətdinova fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.
 
Qeyd edək ki, 1963-cü il təvəllüdlü Zemfira Meftahətdinova müstəqil Azərbaycanın bayrağı altında Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. O, 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 5 qat Avropa, 2 qat dünya çempionudur. Beynəlxalq dərəcəli idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. "Tərəqqi", "Vətən uğrunda" medalları, "Şöhrət" ordeni ilə təltif edilib.
 
Karyerasını başa vurandan sonra daxili işlər orqanlarında vəzifəyə təyin olunmuşdu.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31