24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Minifutbol

“Sumqayıt” FK və “Məmmədyarovlar”ın birgə layihəsi akademiya üzvləri arasında şahmat turniri

“Sumqayıt” Futbol Klubu və “Məmmədyarovlar” Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Kapital Bank Arena”da “Sumqayıt”ın akademiyasının məşqçi və futbolçu heyəti arasında (U-10-dan U-19-dək) şahmat turniri keçirilib. 

Futbolxeber.az saytının klubu feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, növbəti aylar ərzində ənənəvi olaraq keçirilməsi planlaşdırılan ilk yarış günündə akademiyanın 18 üzvü iştirak edib. 

Turnirin keçirilməsində əsas məqsəd, futbolla şahmatın vəhdətini təşkil etməklə yanaşı, gənc futbolçuların taktiki düşüncələrini inkişaf etdirməyə zəmin yaratmaqdır. Yarışı “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, əsas komandanın baş məşqçisi Samir Abasov da izləyib.

Yekunda “Məmmədyarovlar” Şahmat Məktəbinin rəhbəri, şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarovaya klubun idman geyimi təqdim edilib.

Qeyd edək ki, “Sumqayıt” FK ilə “Məmmədyarovlar” Şahmat Məktəbi arasında əməkdaşlığa əsasən, həftənin müəyyən günlərində akademiyanın gənc futbolçularına xüsusi olaraq şahmat dərsləri keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31