24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Minifutbol

Ceyhun Haşımovun əməliyyat olunacağı tarix açıqlanıb

Yevlaxda avtomobil qəzasında xəsarət alan hakim-inspektor Ceyhun Haşımovun əməliyyat olunacağı tarix bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a onun qardaşı Mübariz Haşımov açıqlama verib.

FIFA dərəcəli referinin sözlərinə görə, C.Haşımov dekabrın 16-da əməliyyat ediləcək: "Vəziyyəti orta sabitdir. Həyatı təhlükəsi sovuşub".

M.Haşımov qardaşının AFFA-nın nəzarəti altında özəl xəstəxanada müalicə aldığını xatırladıb: "Çanaq sümüyündə çoxsaylı sınıqlar var. Bud sümüyündə də sınıq aşkarlanıb. Əməliyyat olunacaq və çanağı protezlə əvəzlənəcək. Bu isə xüsusi sifarişlə gətirilir. Həkimlər ən yüksək standartlara cavab verən protezdən istifadə etmək istəyirlər. Onun da ölkəmizə gətirilməsi və hazırlanması müəyyən vaxt tələb edir".

FIFA dərəcəli hakim laynsman Elmin Süleymanovun da durumu ilə maraqlandıqlarını sözlərinə əlavə edib: "Onun da yanında olmuşuq. Almacıq sümüyündə, burnunda və çənəsində müxtəlif xəsarətlər var. Amma hazırda normal vəziyyətdədir, danışa bilir. Müəyyən vaxtadək hər ikisi üçün ağrıkəsici vasitələrdən istifadə olunacaq. Vəziyyətləri yaxşıdır".

Qeyd edək ki, futbol hakimləri dekabrın 10-da qəzaya düşüblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31