3 Noyabr 2025, Bazar ertəsi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Minifutbol

Türkiyə klublarından Azərbaycana növbəti dəstək mesajları

Türkiyə klublarının Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajı davam edir.

Daha bir neçə klub sosial şəbəkə səhifələri vasitəsilə bununla bağlı paylaşım edib.

“Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və "Trabzonspor"un ardından hazırda Super Liqanın liderlərindən olan “Fatih Karagümrük”, həmçinin, “Göztəpə”, “Yeni Malatyaspor”, “Ankaragücü”, “Ərzurum BB”, “Konyaspor”, “Rizəspor” və “Bursaspor” da Azərbaycan ordusuna dəstək nümayiş etdirib.

Azərbaycan və Türkiyə bayraqlarının şəkillərinin paylaşıldığı mesajlarda "Qardaşımızın yanındayıq”, “Bir millət, iki dövlət”, “Can Azərbaycan”, “Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik”, “Acımız, davamız, sevdamız birdir bizim”, - kimi fikirlərə yer verilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30