Minifutbol
İdman Nazirliyinin bir seçiminə sözardı
Həyatda əksər seçimlər subyektiv və mübahisəyə açıqdı. Ələlxüsus da Azərbaycanda ilin sonunda müəyyən bir dövrü əhatə edən “ən yaxşıları” seçə seç prosesi barədə saatlarla müzakirə aparmaq olar. Qısaca desək, hərə yığır başına 15-20 nəfər dost-tanışı və növbəlik prinsipi ilə hər il bir nəfəri “ən yaxşı” “seçirlər”.
Dünən Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala gecəsi keçirib və tədbirdə ilin “ən yaxşıları”nın adlarını açıqlayıb. “Qaliblər”in siyahısına baxarkən bir məqam diqqətdən yayınmadı. “2022-ci ilin idman federasiyası” nominasiyasında sıralama bu cür olub:
1. Azərbaycan Cüdo Federasiyası
2. Azərbaycan Gimnastika Federasiyası
3. Azərbaycan Güləş Federasiyası
Bu 3 federasiyanın hər biri il boyu işinin öhdəsindən lazımınca gəlib və qalib olmağa layiqdi. Maraqlı məqam bu siyahıda AFFA-nın - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının adının olmamasıdı. Mən AFFA-nın il boyu fövqəl fəaliyyətlə seçilməsini iddia eləmirəm. Yaxud demirəm ki, AFFA mütləq bu siyahıda olmalı idi. Lakin nazirliyin digər seçimlərinə diqqət edək, sonra nə demək istədiyimi anlayacaqsınız.
2022-ci ilin ən yaxşı kişi komandası. Təkcə futbol deyil, bütün idman növlərini əhatə edən bu seçimdə “Qarabağ” FK birinci olub.
2022-ci ilin ən yaxşı məşqçisi - burada da söhbət futboldan yox, bütün idman növlərindən gedir. Qalib “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov olub.
2022-ci ilin hakimi - bütün idman növləri arasında aparılan bu seçimdə qalib FİFA referisi Əliyar Ağayev olub.
2022-ci ilin idman tibb personalında ilk 2 yer gimnastika sahəsində çalışan həkimlərə qismət olsa da, üçüncü yeri futbol həkimi, uzun illər müxtəlif yaş qrupları üzrə milli komandalarımızda, hazırda isə “Səbail”də çalışan Natiq Süleymanov tutub.
2022-ci ilin idman klubu - bura da söhbət tək futboldan getməsə də, “Qarabağ” birinci, “Neftçi” isə üçüncü olub.
İndi həmin seçimi edənlərə sual vermək istərdim. Bu ölkədə futbola cavabdeh qurum hansıdı? AFFA deyil? AFFA-dısa necə ola bilər ki, bu qədər təmsilçisi ən yaxşılar sırasında olan bir federasiya özü ilin ən yaxşıları arasında olmasın? Axı bu, absurddu. Yanlış anlaşılmasın deyə, bir daha təkrar edirəm, mən AFFA-nın ən yaxşılar arasında olmalı olduğunu iddia etmirəm. Amma məhz nazirliyin seçimləri AFFA-nın da ən yaxşılar arasında olmasını labüd edir. Fikrim daha aydın olsun deyə bir misal çəkim. Təsəvvür edin ki, futbol sahəsində ən yaxşıların seçimi aparılır. İlin ən yaxşı baş məşqçisi Qurban Qurbanov, qapıçısı Şahruddin Məhəmmədliyev, müdafiəçisi Bəhlul Mustafazadə, hücumçusu Ramil Şeydayev seçilir. Amma ən yaxşı komanda bütün bu adları çəkilən şəxslərin uğurları üçün çalışdığı “Qarabağ” yox, məsələn, “Neftçi” seçilir. Axı bu, anormaldı.
Dünənki seçim bir daha İdman Nazirliyinin AFFA-ya qarşı qərəzli münasibət bəslədiyinin sübutudur. Və bu, ilk belə hal deyil. Xatırlayırsınızsa, Fərid Qayıbov yeni nazir seçildiyi zaman “Qarabağ” klubu cənab Prezidentin qəbulunda olmuşdu və nə qədər qəribə olsa da, dövlət başçısının futbol klubunu qəbul etdiyi bir görüşdə ölkədə futbola cavabdeh olan qurumun rəhbərlərindən heç kim iştirak etməmişdi. Təbii ki, bu, nazirliyinin “əməyi” idi. Fərid Qayıbov və komandasının AFFA-ya, assosiasiyaya rəhbərliyində yer alanlara qarşı isti münasibət bəsləmədiyi ortadadı. Olimpiya çempionu Fərid Mansurov məhz Fərid Qayıbovun gəlişindən sonra Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırıldı. Görünür, bu seçimdə Mansurovun AFFA İcraiyyə Komitəsində yer almasının “rolu” olub. Təbii ki, hamı hamını sevməyə, bəyənməyə məcbur deyil. Amma ölkədə idmana cavabdeh şəxslərin idmanın şahı sayılan futbola rəhbərlik edənlərə qarşı bu cür qərəzli mövqedə olması yaxşı heç nə vəd etmir...
İBRAHİM
P.S. Əvvəldə də qeyd etdiyim kimi, bütün seçimlər mübahisəyə açıqdı. Amma bəzi seçimlərin yalnız bir adı var - biabırçılıq. Əslində, İdman Nazirliyin seçim(lər)inin anormal olduğunun ən böyük göstəricisi ilin idman kanalı nominasiyasında İTV-nin birinci, CBC Sport ikinci olmasıdır...
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- UEFA-nın saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
- “Qarabağ” - “Ayaks”: həyəcan zirvəyə yüksəlir
- “Neftçi”nin baş məşqçi məsələsində son durum: Nə türkiyəli, nə belaruslu...
- “Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
- Silva Yankoviçlə mübahisə etmələrindən danışdı: “Hər şey həll olunub”
- Vernidub “Neftçi”nin baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirdi
- Elvin Məmmədov istefasını şərh etdi: “Səbail”in bunu bacaracağına inanıram”
- “Xorvatiyadan vətənə qayıtmaq fikrim yoxdur, əksinə, daha da irəli getmək istəyirəm”
- DÇ-2026: “Pley-off”un püşkü atıldı
- “Neftçi”nin muradı...
- Tramp DÇ-2026-nın püşkatmasında Azərbaycan Xalq rəssamlarının hazırladığı mükafat aldı
- Samir Abasovun “Neftçi”dən gedişi dəqiqləşdi
- Şahruddin limiti ləğv edənləri “bombaladı”: “Vəziyyət daha da pisləşəcək, tunelin sonunda işıq görmürəm”
- “Kəpəz” də Yevlaxa “köçür”
- “Qarabağ”ın oyununun biletləri satışa çıxır
-
18:45
Naxçıvanda voleybol üzrə "Suverenlik kuboku" keçiriləcək
-
18:18
"Neftçi" - "Sumqayıt": Heyətlər açıqlandı
-
17:32
Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib
-
17:07
Saatlıda 5, Şəmkirdə 1 qol vuruldu
-
16:44
AFFA klubları soyur! - ARAŞDIRMA
-
16:29
Füzuli Məmmədov: “Matçın ədalətli nəticəsi bərabərlik idi”
-
16:13
Sumqayıtda Uşaq Paralimpiya Oyunları təşkil olunacaq
-
15:56
Stolüstü tennisçilərimiz Şarja şəhərində hazırlıq keçəcəklər
-
15:55
Füzuli Məmmədov “Karvan-Yevlax”da ilk xalını qazandı, "Neftçi" "Sumqayıt"a qarşı
-
15:31
Bilyardın "Pool" növü üzrə Azərbaycan çempionatı keçirilib
-
15:20
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
-
15:08
II Liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
-
14:45
Azərbaycan klubu ölkə çempionatının oyununa çıxmaqdan imtina edib
-
14:27
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
-
14:12
"Real" "Alaves"i məğlub etdi VİDEO
-
13:54
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:33
Qurban Qurbanov: “18 ildir “Qarabağ”dayam və hər il hücumçu söhbəti olur”
-
13:09
"İnter"in qələbəsi VİDEO
-
12:46
“Traktor”dan əzmkar qələbə
-
12:28
"Yuventus" səfərdən 3 xalla qayıtdı VİDEO
-
12:11
Qurban Qurbanov ilin məşqçisi mükafatına qovuşdu
-
11:57
Premyer Liqamızda tarixi yubiley
-
11:45
"Borussiya"dan xal itkisi VİDEO
-
11:34
Zubirin yubiley oyunu
-
11:19
"Napoli" səfərdə uduzdu VİDEO
-
11:06
Toral Bayramov 25-ə çatdı
-
10:53
"Trabzonspor" - "Beşiktaş" matçında 6 qol VİDEO
-
10:38
Renat Dadaşov üçün 7 dəqiqə
-
10:22
"Milan" öz meydanında xal itirdi VİDEO
-
10:01
Zamiq oynadı, komandası qalib gəldi
-
09:47
"Bavariya"dan gözlənilməz xal itkisi VİDEO
-
09:30
Joni Montiel: “Qarabağ” hamının məğlub etmək istədiyi komandadır”
-
09:15
Avropa çempionatı: Daha 2 boksçumuz yarımfinalda
-
22:23
"Sumqayıt" "Neftçi" ilə oyuna hazırdır VİDEO
-
21:45
"Qarabağ"dan 5 qollu qələbə VİDEO
-
21:34
"Neftçi" "Sumqayıt"la oyunun hazırlığını başa vurdu FOTOLENT
-
20:21
Qurbanov: “Çox vacib qalibiyyət idi”
-
19:56
Elmar Baxşıyev: "Haqqımda yazılanlar futbolçulara da təsir edir"
-
19:47
Tahir Gözeldən Qurban Qurbanov və futbolçulara dəstək
-
19:22
"Kəpəz" və "Qarabağ"dan qələbə
-
17:30
Tahir Gözel Əkbərlə görüşdü
-
17:14
"Kəpəz"dən vacib qələbə VİDEO
-
16:48
Azər Bağırovdan qələbə şərhi
-
16:29
Sxadadze: "Belə qırmızı vərəqələri ancaq biz ala bilərik"
-
16:05
20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb
-
15:33
Karateçilərimiz dünya çempionatında 5 medal qazanıblar
-
14:16
"Zirə"nin futbolçusu ölkəsinin millisinə dəvət alıb
-
13:41
"Atalanta"dan çətin qələbə VİDEO
-
13:27
Ceyhun Nuriyev: “Bu məğlubiyyət bizi sarsıtmamalıdır”
-
13:00
Vüsal Albaniyada növbəti qolunu vurdu
15.12.2025
14.12.2025























