Ölkə futbolu
“Neftçi”nin muradı...
Son günlər “Neftçi”nin yarımmüdafiəçisi Murad Məmmədov istər azarkeşlər, istərsə də sosial şəbəkə istifadəçiləri arasında müzakirə mövzusuna çevrilib. Qısa xatırlatma edək ki, U-21 millimiz seçmə mərhələ oyununda məhz Muradın vurduğu baxımlı qolla səfərdə Cəbəllütariqə qalib gəlib. Bundan sonra bəziləri “Neftçi”ni, bir az da konkretləşdirsək, flaqmanın baş məşqçisi Samir Abasovu Murad Məmmədova lazımınca şans verməməkdə günahlandırır. Lakin bu fikirlər, tənqidlər nə dərəcədə haqlıdır?
Birincisi, ondan başlayaq ki, Cəbəllütariq millisi nə Braziliyadır, nə Fransa, nə də İtaliya. Bu komandaya qol vurmaq üçün fövqəl istedada malik olmaq lazım deyil. Həmin matçda millimizin böyük hesabla qələbə qazanmaması özü biabırçılıqdır. Çünki bu günə qədər Cəbəllütariq U-21 millisi seçmə mərhələdə keçirdiyi 44 oyundan 41-də uduzub. Üstəlik, bu 41 məğlubiyyətdən yalnız 5-i bir top fərqi ilə olub. Elə bir ay əvvəl Cəbəllütariq millisi Şotlandiya və Portuqaliya ilə 2 görüşdə qapısında 23 (!) qol görüb. Uzun sözün qısası, Cəbəllütariqə qol vurmaq böyük uğur deyil.
İkincisi isə, Samir Abasovu bir çox məsələdə qınamaq olar: start heyətini düz qurmamaqda, əvəzetmələrdə gecikməkdə, oyun gedə-gedə azarkeş(lər)lə mübahisə etməkdə (Zirədə olduğu kimi) və s. Lakin “Neftçi”nin çalışdırıcısını bircə gənclərə şans verməməkdə ittiham etmək absurddur. Kim bu iddia ilə çıxış edirsə, deməli, ötən mövsüm “Neftçi”nin oyunlarına baxmayıb. Abasov ötən mövsüm Rza Cəfərov, Ağadadaş Salyanski, Murad Məmmədov, Emil Səfərova kifayət qədər şans verib. Lakin adıçəkilən futbolçular etimadı doğrultmayıblar. Əgər doğrultsaydılar, “Neftçi” yayda qapı, dayaq yarımmüdafiəçisi, vinger, hücumçu mövqeyinə futbolçu axtarmazdı. Elə bu mövsüm də Rzaya, Ağadadaşa, Murada, Emilə şans verərdi. Bu gün adıçəkilən futbolçular ehtiyatda qalırlarsa, günahkar ilk növbədə özləridir. Vaxtında verilən şansdan lazımınca yararlanmaq lazım idi.
Bəli, Murad Məmmədov perspektivli futbolçudur. Lakin bu gün o, MOİK, Cəbəllütariqlə oyunlarda parlayır, “Araz-Naxçıvan”, “Kəpəz”lə matçlarda yox. Daha da inkişaf etmək lazımdır. Yoxsa ki, Samir Abasov da özü-özünə düşmən deyil ki. Baş məşqçinin də arzusu, muradı, qarşısına qoyulan hədəf, məqsəd var. Samir Abasov bu mövsüm “Neftçi”yə minimum ikinci yeri qazandırmalıdır. Əks halda mövsüm onun üçün uğursuz hesab olunacaq. Hədəfə çatmaq üçün isə bu gün Piriçə, Sessiyə, Metyuya, İmada, Varqasa, Abubakara ehtiyac var. Təəssüf, reallıq budur ki, bu iş Rza, Ağadadaş, Murad, Emillə alınasayı deyil. Alınsaydı, ötən mövsüm alınardı...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
16:24
Boksçumuz Avropa çempionu oldu
-
15:57
"Gəncə" heyətini amerikalı legionerlə gücləndirdi
-
15:32
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
-
15:19
Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
-
14:46
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu
-
14:21
PSJ qalib gəldi VİDEO
-
14:00
Riad Rəfiyev: “Son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq...”
-
13:33
"Fənərbaxça" səfərdə sevindi VİDEO
-
13:15
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
-
12:58
"Real"dan çətin qələbə VİDEO
-
12:44
İkili yanaşma: Simiçə olar, Abdullazadəyə yox?
-
12:27
Qaradəniz derbisini "Trabzonspor" qazandı VİDEO
-
12:02
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb
-
11:39
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
"Çelsi"dən darmadağın VİDEO
-
10:23
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
-
10:00
"Barselona"nın qələbəsi VİDEO
-
09:45
"Qarabağ" və "Turan Tovuz"un səfər sınağı
-
23:51
"Sumqayıt" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:19
Filipe Kandidodan qələbə şərhi
-
22:37
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
-
21:23
"Sumqayıt"ın qələbə həsrəti bitdi
-
20:42
"Zirə" - "Şamaxı" matçında 2 qol VİDEO
-
20:00
Azər Bağırov: “Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil”
-
19:34
Rəşad Sadıqov: “İstəmədiyim durumdayıq”
-
18:58
Dünya çempionatı: Uşanqi finalda uduzdu, Kənan bürünc qazandı
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
11.10.2026
10.10.2026
09.10.2026
























