Ölkə futbolu
Şahruddin limiti ləğv edənləri “bombaladı”: “Vəziyyət daha da pisləşəcək, tunelin sonunda işıq görmürəm”
Milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyevin Futbolxeber.az saytına müsahibəsi
- DÇ-2026-nın seçmə mərhələsində son matçında millimiz Bakıda Fransaya 1:3 hesabı ilə uduzdu. Görüşü necə şərh edərdiniz?
- Çətin oyun alındı. Fransa kimi güclü rəqiblə qarşılaşırdıq. Çox istəyirdik ki, azarkeşlərimizi sevindirək. Stadion dolu idi. Matça çox yaxşı başladıq, erkən qol vurduq. Lakin bu cür rəqibə qarşı mübarizə aparmaq çox çətin idi. Bizim heyətimizdə 11 futbolçudan yalnız 3-4-ü klubunda daim heyətə düşür.
- Fasilədə əvəzləndiniz. Zədəniz ciddidir?
- Bu, xroniki zədə kimidir. Ağrı olsa da, iynə hesabına meydana çıxıram. İlk hissənin sonunda isə artıq hiss etdim ki, ayağımda güc yoxdur. Bir ayaqla Fransaya qarşı oynamaq çox çətindir.
- Zədənin xroniki olması karyeranızın sonunu gətirmir?
- Belə fikirləşmirəm. Nə qədər əməliyyat olsa da, ağrılar mənə güc verir.
- Sizcə, matça erkən qolla başlamağımız fransızları daha da aqressivləşdirdi?
- Azarkeşləri qolla sevindirdiyimiz üçün şadam. Fanatlar olmasaydı, bizim üçün bu şəkildə mübarizə aparmaq çətin idi. Bəlkə də çoxları rəqibin Fransa olmasına görə gəlmişdi. İstənilən halda uşaqlar azarkeşlər üçün vuruşurdular.
- Seçmə mərhələ artıq başa çatdı. Tsikli millimiz üçün necə qiymətləndirmək olar?
- Əvvəldə desəydilər ki, seçmə mərhələni 1 xalla başa vuracaqsınız, bunu pis nəticə kimi qəbul edərdik. Lakin başa düşürük ki, rəqiblər çox güclüdür. Seçmə mərhələyə çox pis başladıq. Bununla belə, xal ehtiyatını artırmaq olardı. Ukrayna ilə səfər matçında xal almağımız mümkün idi. Eləcə də İslandiya ilə evdə daha yaxşı oynamaq olardı.
- Fernandu Santuşla Ayxan Abbasovun iş prinsipində əsas fərq nədədir?
- Ayxan müəllim futbolçuları daha çox motivasiya edir. O, komandada milli ruhu qaldırıb. Lakin əsas poblem başqadır və bunu heç kimi müzakirə etmək istəmir. Hamı deyir ki, Abbas klubunda oynamır, niyə millidə meydana çıxır? Lakin bu gün siz o mövqedə Abbasdan güclüsünü tapa bilərsiniz? Söhbət azərbaycanlı futbolçulardan gedir. “Turan Tovuz” meydana 11 legionerlərlə çıxır, əksər klubların start heyətində 9-10 legioner yer alır. Birinci Liqadan danışmaq çətindir. Heç kimi bütün bunları müzakirə etmək istəmir. Lakin futbolçu milliyə dəvət alan kimi hamı deyir ki, niyə çağırılıb? Bəs kim çağırılsın? Başqa kimsə var?
- Yəni sözlərinizdən belə anlaşılır ki, legioner limitinin ləğvi milli komandamıza mənfi təsir edib.
- Əlbəttə. Azərbaycan futbolu limitin sayəsində ayaqda qalırdı. Biz özümüzü Belçika və Fransa ilə müqayisə etməməliyik ki, orada belə sistem var, biz də onu tətbiq edək. Xeyr, biz nə Belçikayıq, nə də Fransa, biz Azərbaycanıq. Bizim cəmi 1 peşəkar liqamız var. Orada 10 klub var idi, indi ikisini artırdılar. “İmişli”də neçə azərbaycanlı start heyətində oynayır, deyə bilərsiniz? Bu gün milliyə dəvət alan qapıçılardan yalnız Səlahət mütəmadi oynayır. Getdikdə vəziyyət daha pis olacaq. Kimsə düşünürsə ki, yaxşı olacaq, yanılır. Getdikcə vəziyyət daha da pisləşəcək. Mən tunelin sonunda işıq görmürəm.
- Çıxış yolunu nədə görürsünüz?
- Bu uşaqlar harada oynasınlar? Tamam, mən “Qarabağ”dayam hoca (Qurban Qurbanovu nəzərdə tutur – red.) Azərbaycan futbolunu düşünür, çempionatda şans verir. Amma ümumilikdə digər uşaqlar harada oynasınlar?
- Bəlkə çıxış yolu legioner həyatı yaşamaqdadır?
- Hara getsinlər, məgər bizi hansısa ölkədə gözləyirlər? Deyirlər ki, gəl burada oyna? Bir ölkə deyin ki, orada bizi gözləyirlər. Hamı deyir gedin, amma hara?
- Hər halda az da olsa gedənlər olur, lakin onlar da tez qayıdırlar...
- Rüfət Abdullazadə gedib Xorvatiyaya, daim oynayır? Xeyr. Çünki orada minlərlə Rüfət var. Hamı özününkünü düşünür. Xorvat fikirləşir ki, eyni səviyyədə futbolçum varsa, neynirəm azərbaycanlını? Amma bizdə əksinədir. Eyni səviyyəli yerli və legioner seçimində prioritet əcnəbi olur.
- Qayıdaq oyuna. UEFA üçüncü qolu avtoqol kimi qeydə alıb...
- Açığı, həmin an qarışıqlıq idi. Heç videoda da dəqiq görmədim. Bilmirəm, məndən sonra top rəqib dəydi, ya yox. Avtoqoldusa, avtoqoldu da.
- Demək olar ki, bundan sonra millimizin qarşısında əsas hədəf Millətlər Liqasında D divizionundan C divizionuna yüksəlməkdir?
- Tapşırıq belə olacaq. Lakin bu, heç də asan deyil. Çünki limitin ləğvindən altı ay keçib, altı aydan sonra vəziyyət daha da pis olacaq. Xaybullayev “Sabah”da son bir ay ərzində cəmi 20 dəqiqə oynayıb. İndi isə Fransaya qarşı meydana çıxır. Klubunda onu heç 60-cı dəqiqədən sonra da meydana buraxmırlar. Azca millini düşünmək olar. Biz azərbaycanlılar döyüşəcəyik. Lakin hər şey bizdən asılı deyil.
- Uzun sözü qısası, Azərbaycan futbolu günü gündən geri gedir. Elədir?
- Yaxşı olması üçün heç nə görmürəm. Bu limitin ləğvini kim üçün ediblər? Azərbaycan futbolu üçün? Bəs Azərbaycan futbolu nədir? Əlbəttə ki, milli komanda. Limitin ləğvinin hər hansı xeyri var? Mən görmürəm. Jurnalistlər də bu mövzudan sanki yan keçirlər. Soruşun da futbolçular klublarında niyə oynamırlar? İki il əvvəl biz Bakıda İsveçi 3:0 hesabı ilə udmuşduq. İndi İsveçlə eyni səviyyədə oynaya bilərik? Təbii ki yox.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları açıqlandı
-
15:04
Murad Fətiyev yarımfinalda uduzdu: “Bürünc” üçün yarışacaq
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
-
11:32
Varkonyinin debütu yenə baş tutmadı
-
11:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
08.10.2026
07.10.2026
06.10.2026
























