23 May 2026, Şənbə
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı
Qurban Qurbanovdan qələbə şərhi

Xarici futbol

DÇ-2026: “Pley-off”un püşkü atıldı

Bu gün 2026-cı ildə ABŞ, Meksika və Kanadada təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, mərasim FİFA-nın mənzil qərargahında keçirilib.

Pley-off oyunlarında iştirak edəcək millilər qrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasının 4 Liqa qalibidir (hansı ki, Avropa kvalifikasiyasında öz qruplarını 2-ci yerdən aşağıda başa vurublar).

Hər pley-off yolu iki yarımfinal cütlüyündən ibarətdir. Hər cütlükdə "səpələnmişlər" və  "səpələnməmişlər" səbətində yer alan bir komanda iştirak edir. 1-ci səbət komandası 4-cü səbət komandası ilə, 2-ci səbət komandası isə 3-cü səbət komandası ilə qarşılaşacaq.

Püşkün nəticəsinə əsasən, Türkiyə millisi pley-off-da Rumıniya komandası ilə görüşəcək. Bu cütün qalibi pley-off-un finalında Slovakiya - Kosovo cütünün qalibi ilə qarşılaşacaq. Türkiyə qalib gəlsə, pley-off-un final matçını səfərdə keçirəcək.

2026 Dünya Kuboku Avropa seçmələrinin pley-off cütləri belədir:

A yolu

İtaliya - Şimali İrlandiya qalibi / Uels - Bosniya və Herseqovina qalibi

B yolu

Ukrayna - İsveç qalibi / Polşa - Albaniya qalibi

C yolu

Türkiyə - Rumıniya qalibi / Slovakiya - Kosovo qalibi

D yolu

Danimarka - Şimali Makedoniya qalibi / Çexiya - İrlandiya Respublikası qalibi

Yarımfinallar 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı il keçiriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31