20 May 2026, Çərşənbə
FİFA referiləri I Liqa oyunlarında
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da
Aleksandr Ramalinqomun yubiley qolu

Futzal

Vitali Borisov: "Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

“Bu gün (dünən) günortaya yaxın Niderlanda gəlmişik. Uşaqlar uzun yol qət etdilər. Buna baxmayaraq, yorğunluq fonunda ilk məşqimizi reallaşdırdıq".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın futzal millisinin baş məşqisi Vitali Borisov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O, DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Niderland yığmasına qarşı keçirəcəkləri matç haqda danışarkən heyətin hazırkı durumuna toxunub: "Futzalçılar çalışdılar ki, onlara verilən tapşırıqları yerinə yetirsinlər. Rumıniya ilə matçla müqayisədə heyətimizdə iki dəyişiklik var. Amadeu zədə səbəbindən bizə kömək edə bilməyəcək. Onu Eduardo Borges əvəzləyəcək. Edu 3 gün əvvəlki matçı cəzalı olduğuna görə buraxmaq məcburiyyətində qalmışdı".

Gənc mütəxəssis Niderlandla oyunda qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib: "Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibi təhlil etmişik. Futzalçılara da müəyyən tapşırıqlar veriləcək. Rəqibin standart vəziyyətlər zamanı, eləcə də “5-in” “4-ə” oyunayan zaman hansı üstünlüklərə malik olacaqlarını və bizim nələr etməli olduğumuzu deyəcəyəm. Şansımızın olub-olmamasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, dekabrın 20-də keçiriləcək Niderland - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Azərbaycan millisi qələbə qazansa da, növbəti mərhələyə yüksəlmək şansı olacaq. Bu, digər oyunlarda qeydə alınacaq nəticələrdən asılıdır.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31