3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Futzal

“Araz-Naxçıvan”ın üzvü: “...Bakıya istədiyimiz nəticə ilə dönəcəyik”

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq “Araz-Naxçıvan” bu gün ilk matçda İsveç çempionu “Orebro” ilə qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, təmsilçimizin üzvü David Qustavo azfutzal.az-a komandanın hazırlığını və rəqibi dəyərləndirib:

“UEFA Çempionlar Liqasının oyunları bizim üçün yaxşı bir yarış olacaq. Fərqli ölkələrin təmsilçiləri, fərqli taktika və oyun üslubu, fərqli futzalçılarla qarşılaşacağıq. Hər birinin özünəməxsus tərəfi var. Biz də güclü kollektivik, qarşımıza məqsəd qoyulub və ilk matçdan həmin məqsədə çatmaq üçün mübarizə aparacağıq. Ümid edirəm ki, Bakıya istədiyimiz nəticə ilə dönəcəyik. Komanda yoldaşlarım məsuliyyətini anlayır, hamımız bir yumruq kimi birləşmişik.

“Orebro” ilə görüş çox əhəmiyyətlidir. Bu cür turnirlərdə birinci matçlar hər zaman çətin keçir. Ehtiyatlı olmalı, heç bir sürprizə imkan verməməliyik. Qələbə komandada özünəinamı artırmaq, Çempionlar Liqasının ab-havasını hiss etmək, növbəti oyunlara motivasiya olmaq baxımından vacibdir. Güclü oyunçularımız, yaxşı komandamız var. Baş məşqçi Alesio da meydanda nə etməli olduğumuzu bütün incəliklərinə qədər anladıb. O deyib ki, özünüzə, gücünüzə inanın. Əgər inamınız varsa, məqsədə də nail olacaqsınız. Necə oynamı olduğumuzu, meydanda hansı işləri görəcəyimizi anladıb. Qalıb onları icra etmək”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31