4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Futzal

“Araz-Naxçıvan”ın oyunlarının başlama saatı və təyinatlar

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda yer alan “Araz Naxçıvan”ın oyunlarının başlama saatı açıqlanıb. 

Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, təmsilçimiz ilk 2 oyununu  26 və 27 oktyabr saat 19:30-da, son matçını isə 29 oktyabr saat 22:00-da keçirəcək.

Artıq ilk iki oyunu idarə edəcək hakimlər də müəyyənləşib.

Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.

UEFA Çempionlar Liqası

5-ci qrup

26 oktyabr

19:30. "Araz Naxçıvan" – "Orebro" (İsveç)

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya).

Mostar. Mithad Hujdur Hujka Arena

27 oktyabr

19:30. "Loznika Qrad" (Serbiya) - "Araz Naxçıvan"

Hakimlər: Jan Kresta (Çexiya), David Abtequya Urdanoz (İspaniya), Viktor Chaix (Fransa).

Mostar. Mithad Hujdur Hujka Arena

29 oktyabr

22:00. "Mostar" (Bosniya və Herseqovina) - Araz Naxçıvan

Mostar. Mithad Hujdur Hujka Arena








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31