Etopaz
"Qarabağ" - "Vorskla" "Topaz"da: həm "təkli", həm canlı
3 gündür davam edən avrokubok həyəcanına bu axşam Azərbaycan azarkeşi də qoşulacaq. Söhbət təbii ki, "Qarabağ"ın oyunundan gedir. Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycan çempionu Ukraynanın "Vorksla" klubunu qəbul edəcək. Hər iki komanda ilk 2 turda nüfuzlu rəqiblərinə - "Arsenal" və "Sportinq"ə uduzublar.
"Qarabağ" qrupda keçirdiyi iki oyunda qol vura bilməsə də ("Sportinq"lə 0:2, "Arsenal"la 0:3), "Vorskla" meydanı qolsuz tərk etməyib ("Arsenal"la 2:4, "Sportinq"lə 1:2). İndiyədək Ukrayna klubları ilə iki dəfə üz-üzə gələn Ağdam təmsilçisi bu oyunlardan birini udub, birini uduzub. Bu, "Dnepr"lə 4 il əvvəl Avroliqada baş tutan görüşlərdir. "Vorskla" isə indiyədək Azərbaycan klubları ilə qarşılaşmayıb.
"Qarabağ"dan axşamkı matçda Donald Geryenin oynamayacağı dəqiqdir. "Vorskla"da əsas oyunçulardan Aleksandr Kobaxidze və Denis Vasin zədəlidir. Heyətdəki itkilərə baxmayaraq, hər iki komandanın qrupda ilk xalı və ya qələbəni qazanmaq üçün bütün gücünü ortaya qoyacağı şübhə doğurmur. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. Bütün Azərbaycanın böyuk maraqla gözlədiyi bu qarşılaşmaya ölkənin yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" da xüsusi yanaşır. Proqnoz həvəskarları bu matça həm "təkli", həm də canlı mərc edə bilər. "Topaz"ın təklif etdiyi əmsallar belədir:
"Qarabağ"ın qələbəsi 1.65, heç-heçə 3.35, "Vorskla"nın qələbəsi 5.00.
"Qarabağ" - "Vorskla" matçından başqa, "Topaz"da bu gün daha 20 qarşılaşmaya "təkli oyun" statusu verilib. 32 matça isə canlı mərc etmək mümkündür. "Təkli oyunlar" arasında ən çox maraq doğuranlardan biri də "Qarabağ"ın rəqibləri - "Sportinq"lə "Arsenal"ın görüşüdür. Hər iki komanda 2 oyundan 6 xal topladığından qalib tərəf qrupda vahid lider olacaq. Bu komandalar indiyədək avrokuboklarda 2 dəfə qarşılaşıb. Uzaq 1969-cu ildə baş tutan həmin duellərdə "Arsenal" üstün olub (3:0, 0:0). Hazırkı "Arsenal" baxımlı oyunu ilə diqqət çəkir. Yeni baş məşqçi Unay Emerinin komandanı toparladığı göz qabağındadır. "Topçular" avqustun 18-dən bəri keçirdiyi bütünü 10 matçda qalib gəlib. Görək, bu seriya Lissabonda da davam edəcəkmi? "Topaz"ın bu görüş üçün təklif etdiyi əmsallar belədir:
"Sportinq"in qələbəsi 3.55, heç-heçə 3.35, "Arsenal"ın qələbəsi 1.95.
Fransada keçiriləcək "Marsel" - "Latsio" və İtaliyada oynanılacaq "Milan" - "Betis" matçı da gecənin maraqlı görüşlərindəndir. "Marsel" ilk 2 turda cəmi 1 xal qazanıb, "Latsio"nun hesabında isə 3 xal var. Hər iki komandanın keçirdiyi oyunlar "üst" bitib. Bu statistika "Topaz"ın əmsallarında da nəzərə alınıb. Qarşılaşmanın "üst" bitəcəyinin əmsalı 1.55, "alt" isə 2-dir. "Marsel"in qələbəsinə mərclər 2.10, heç-heçəyə 3.30, "Latsio"nun qələbəsinə 2.75 əmsalla qəbul edilir. F qrupunun liderləri - "Milan"la "Betis"in görüşündə italyanlar favorit göstərilir. "Milan" ardıcıl 3-cü qələbəni qazanmağa çalışacaqsa, hesabında 4 xal olan "Betis" qalib gəlməklə zirvəni ələ keçirəcək. "Topaz"ın təklif etdiyi əmsallar:
"Milan"ın qələbəsi 1.75, heç-heçə 3.20, "Betis"in qələbəsi 3.85.
Türkiyə klublarından üçü bu axşam meydanda olacaq. Bunlardan ikisində qardaş ölkə təmsilçilərinin rəqibləri belçikalılardır. "Fənərbaxça" "Anderlext"in qonağı olacaq. "Beşiktaş" isə "Genk"i qəbul edəcək. Hər iki oyunda uduzan "Anderlext"dən fərqli olaraq "Fənər"in hesabında 1 qələbə var. 11 il əvvəl bu komandalar ÇL-də qarşılaşmış və "sarı-lacivərdlilər" hər iki matçı qazanmışdı: Səfərdə 2:0, evdə 1:0. Ev sahibi olduğu üçün "Anderlext" nisbətən favorit sayılsa da, bu matçdan istənilən nəticəni gözləmək olar. "Topaz"ın əmsalları:
"Anderlext"in qələbəsi 2.10, heç-heçə 3.10, "Fənərbaxça"nın qələbəsi 2.90.
İ qrupunda yer alan digər 2 komanda kimi "Beşiktaş"la "Genk" də 3 xal toplayıb. Bu tur liderləri müəyyənləşdirmək baxımından önəmli olduğundan qrupdakı hər iki oyunu "6 xallıq matç" kimi xarakterizə etmək olar. "Topaz"ın İstanbuldakı qarşılaşma üçün müəyyənləşdirdiyi əmsallar:
"Beşiktaş"ın qələbəsi 2.00, heç-heçə 3.35, "Genk"in qələbəsi 3.20.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
02.11.2026
01.11.2026
31.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























