22 Noyabr 2026, Bazar günü
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası

Ölkə futbolu

Demçenko: “Zirə"də baş məşqçinin işi görünür, topu hara gəldi vurmurlar"

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 33-cü turunda "SOCAR Polymer Arena"da "Zirə"ni 3:2 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko oyun haqda fikirlərini bölüşüb:

"Qalib gəlmək hər zaman xoşdur. Futbol oynamağa çalışdıq. Layiqli qalibiyyət əldə etdiyimizi düşünürəm. Qarşımızda yaxşı rəqib var idi. "Zirə" nə istədiyini bilən, çox yaxşı təşkilatlanmış komandadır. Baş məşqçinin işi görünür, topu hara gəldi vurmurlar, futbol göstərməyə çalışırlar. Futbolçularımı qələbə münasibəti ilə təbrik etdim. Biz layiqli qələbə qazandıq. "Zirə"ni üstələməyə çalışdıq. Təəssüf ki, bəzi xırda vəziyyətlərdə səhvlər edirdik. Bu halda rəqibə şans verirdik. Qapımızda da qol görürdük. Amma daha çox möhkəmlənmək, daha yüksək yerlər üçün daha səliqəli, daha ağıllı futbol oynamaq lazımdır. Topu möhkəm saxlamaq, sadə vəziyyətlərdə rəqibə verməmək lazımdır. Qalib gəldik. Hardasa bəxtimiz də gətirdi. Son dəqiqələrdə qapımıza penalti də təyin edildi. Heç-heçə də ola bilərdi, amma qalib gəldik".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30