Ölkə futbolu
“Heyətin güclənməsinə ehtiyac var”
"Neftçi" Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.
Futbolxeber.az saytının məlumatına görə, "ağ-qaralar"ın baş məşqisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Heyətdə dəyişikliklər çox olacaq?
- Nə istəyirdiksə, ona nail olduq. Mövsümü başa vurduğumuz mövqe bizə Konfrans Liqasında oynamaq hüququ verir. Bir çox oyunçunun klubla müqaviləsi başa çatır. Daha əvvəl də demişdim ki, futbolçularla bu barədə söhbətlər mövsüm bitdikdən sonra olacaq. Yüz faiz onu deyə bilərəm ki, heyətin güclənməsinə ehtiyac var. Bu işlə məşğul olacağıq. Klubun sahibləri var. Onlar mənə suallar verəcəklər, mən də onların suallarına cavab verəcəyəm. Həm Konfrans Liqasında, həm Premyer Liqada yaxşı nəticələr əldə etmək üçün mütləq komandanı gücləndirməliyik. Sabahdan etibarən kimlərin qalacağına, kimlərin gedəcəyinə qərar verəcəyik.
- Emil Balayev uzun müddətdən sonra milliyə dəvət aldı. Son dövrlərdə göstərdiyi peformansa görə Emili növbəti mövsümdən etibarən əsas qapıçı kimi görə bilərik?
- Öncə Emili təbrik edirəm. Son beş matçda yaxşı performans göstərib. Bunun sayəsində milliyə də dəvət aldı. İşləməyə davam edirik. O, liderdir. Hazırda kimin "bir nömrə" olacağını deyə bilmərəm. Təlim-məşq toplanışından sonra buna qərar verəcəyik. Məni sevindirəm odur ki, böyük oyunlara çıxmaq üçün üç yaxşı qapıçım var. Bunlar Emil Balayev, Kenan Piriç və Rza Cəfərovdur.
- Yerli bazardan diqqətinizdə olan futbolçular var?
- Premyer Liqa klublarında həm yaxşı azərbaycanlı, həm də legioner futbolçular var. Seçim etsəm, bəlkə də azərbaycanlı oyunçuları seçərdim. Eyni zamanda milli komandaya da dəstək olmaq istəyirəm. Nə qədər yaaxşı yerli futbolçu olsa, milli üçün faydalıdır. Azərbaycanda çıxış edən diqqət çəkən əcnəbi futbolçular da var. Əgər eyni mövqe üçün həm yerli, həm əcnəbi namizəd varsa, gərək əcnəbinin səviyyəsi daha yuxarı olsun ki, onu götürək. Səviyyələri bərabərdirsə, yerlini seçərəm.
- Avrokuboklara yaxşı hazırlaşmaq üçün vaxt azdır. Bu, sizin üçün problem yarada bilər?
- Bu, təkcə bizim üçün problem deyil. Problem olmaması üçün əlimizdən gələni edəcəyik. Hər bir vəziyyətə hazıram.
- Burada işlədiyiniz müddətdə kifayət qədər rəğbət qazanmısınız. Azarkeşlər istəyir ki, sizinlə uzunmüddətli əməkdaşlıq edilsin. Belə bir layihəyə özünüzü hazır hesab edirsiniz?
- Ən azı 1 ilim var. Bu müddət ərzində əlimdən gələni edəcəyəm. Məşqçi işi çətindir. Bu gün atın üstündəsən, sabah atdan düşə bilərsən. Əgər elə bir təklif olarsa, əlbəttə ki, düşünərəm. Həm Azərbaycanı, həm buradakı insanları çox sevirəm. Burada olmaqdan məmnunam.
- Ukraynadan kənarda heç bir klubda uzun müddət işləməmisiniz. Bunun səbəbi nədir?
- Ukraynada uzun müddət çalışmışam. Bütün mərhələləri keçmişəm. Həm akademiya, həm ikinci komanda, həm də əsas komandada çalışmışam. Belarusda fəaliyyət göstərdikdən sonra Ukraynaya qayıtdım və "Krivbas"la bürünc medal qazandım. Təkliflər olarsa, baxmaq olar. Onu da deyim ki, "Neftçi" kimi böyük kluba gəlmişəm. Burada şərtlər əladır. Bircə qalır işləmək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Xankəndidə vurulan qollar
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
-
16:24
“Neftçi” yenidən vahid lider oldu (YENİLƏNİR)
-
16:23
Luis Enrike rekordçu oldu
-
16:00
“Kəpəz” - “Qarabağ”: Heyətlər müəyyənləşdi
-
15:31
Azərbaycan basketbolçusu Sinqapurda müsabiqənin qalibi olub
-
15:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
-
15:05
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
14:53
Ağadadaş Salyanski “Neftçi”yə qarşı niyə oynamır?
-
14:49
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
-
14:24
“Mançester Siti”nin 15 illik seriyası qırıldı
-
13:56
“Araz-Naxçıvan” - “Neftçi”: Heyətlər açıqlandı
-
13:32
"Arsenal" büdrədi VİDEO
-
13:18
PSJ-nin heyətində ciddi itki
-
13:00
"Çelsi" öz meydanında uduzdu VİDEO
-
12:43
Cəlalın komandası səfərdən 3 xalla qayıtdı
-
12:21
"Borussiya" tək qolla sevindi VİDEO
-
12:07
Yunuszadə sona kimi ehtiyatda qaldı
-
11:55
"Roma"nın hücumçusundan poker VİDEO
-
11:34
Kaxaber Sxadadzenin yeni klubu müəyyənləşdi
-
11:19
"Latsio" liderliyini davam etdirir VİDEO
-
10:46
Muradın komandasından qələbə
-
10:22
"Fənərbaxça"dan xal itkisi VİDEO
-
10:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Mançester Siti" öz meydanında qələbə qazana bilmədi VİDEO
-
09:31
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
-
09:17
"Qalatasaray"dan növbəti qələbə VİDEO
-
09:00
Millimizin üzvü oynamadı, komandası qalib gəldi
-
20:08
Bekiri: “Qələbəyə layiq idik”
-
18:56
"Turan Tovuz” zirvəyə şərik oldu, "Qəbələ" autsayderi məğlub etdi
-
18:43
PFL prezidenti Elnur Cəfərovu mükafatlandırıb
-
18:32
"Turan Tovuz" 3 xalı 2 qolla qazandı VİDEO
-
17:25
Azər Bağırov: “Həmişə düzgün nədirsə, onun arxasındayam”
-
17:00
Berdiyev: “Təxribatlara cavab vermək olmaz"
-
14:12
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək
-
13:44
"Şamaxı" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
13:27
“Şahdağ Qusar”ın kapitanı: “Hədəfimiz çempionluqdur”
-
12:51
KONMEBOL-dan İnfantinoya dəstək
-
12:33
"Kəpəz" - "Qarabağ" oyununa görə Gəncədə ictimai nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq
-
12:08
İtaliya klubu millimizin hücumçusu ilə yeni müqavilə imzaladı
-
11:45
İmaməddin Xəlilov dünya çempionatının bürünc mükafatçısı olub
-
11:26
İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib
-
10:52
"Bavariya"ya üçün şok itki
-
10:34
Riad Rəfiyev: “Baş hakimin bir qərarı bütün oyunu alt-üst etdi”
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
“Bavariya”dan gözlənilməz xal itkisi VİDEO
-
09:41
Ronaldo 986-cı qolunu vurdu
-
09:23
Zamiq oynadı, komandası məğlub oldu
-
08:39
Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
-
22:35
Filipe Kandido: “Daha yaxşısını etməyə gücümüz var”
-
20:56
“Zirə” qələbəni əldən verdi, "Sumqayıt" uduzdu
-
20:19
Rui Jorjedən qələbə şərhi: “Əlimdə olan bütün futbolçular inkişaf edir”
22.11.2026
21.11.2026
20.11.2026
























