12 Oktyabr 2026, Bazar ertəsi
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Ölkə futbolu

Alim Qurbanov, Zaur Ramazanov və Oqtay Abdullayev Mübariz Mənsimovun qonağı oldu

“Xəzər Lənkəran”ın sabiq futbolçuları Alim Qurbanov və Zaur Ramazanov, eləcə də veteran futbolçu Oqtay Abdullayev İstanbulda klubun sabiq prezidenti Mübariz Mənsimovun qonağı olublar.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə M.Mənsimov sosial şəbəkə hesablarında paylaşım edib.

“Bu gün “Xəzər-Lənkəran”ın əfsanələri Alim Qurbanov, Zaur Ramazanov, eləcə də futbolda çox tanınmış və hörmət etdiyim insanlardan biri Oktay Abdullayev qonağım oldular.

Təbii ki, söhbət daha çox futboldan düşdü. “Xəzər-Lənkəran”la bağlı xatirələri yada saldıq. O vaxtlar həqiqətən başqa ab-hava var idi. Gözəl maçlar, güclü heyət, böyük mübarizə... “Xəzər-Lənkəran” Azərbaycan futbolunda öz izini qoymuş klubdur və hər zaman da insanların yaddaşında gözəl xatirələrlə qalacaq.

O illəri hər zaman yaxşı xatırlayıram. Bakıya gəlib o oyunlara baxmaq, stadiondakı atmosferi yaşamaq, xüsusilə də komanda azarkeşlərinin coşğusunu görmək unudulmaz idi. Klubuna bu qədər bağlı və sadiq fanatlar həqiqətən fərqli idi.

Buradan bütün “Xəzər- Lənkəran” azarkeşlərini, klubda əməyi keçən futbolçuları, məşqçiləri və bütün kollektivi salamlayıram”, - deyə Mübariz Mənsimov qeyd edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31