27 Noyabr 2026, Cümə
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu

Ölkə futbolu

“Sumqayıt”ın könüllüləri ilə görüş keçirilib

“Sumqayıt” Futbol Klubunda 2025/2026 mövsümünün son turu öncəsi klubun könüllüləri ilə görüş təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun konfrans zalında baş tutan tədbirdə oyunların təşkili zamanı göstərdikləri aktiv fəaliyyətə görə gənclərə minnətdarlıq ifadə olunub.

Görüşdə çıxış edən klubun mətbuat katibi Zaur Xudiyev və marketinq üzrə menecer İsgəndər İsgəndərov könüllülərin ev oyunlarının təşkilindəki rolunu yüksək qiymətləndiriblər. Klub rəsmiləri gənclərin mövsüm boyu böyük enerji ilə çalışdıqlarını vurğulayaraq, qarşıda duran son turda da eyni yüksək ab-havanın qorunacağına əminliklərini bildiriblər.

Tədbirin davamında könüllülərə xüsusi sertifikatlar, mövsüm ərzində fəallığı ilə seçilən üzvlərə isə klubun xüsusi hədiyyələri təqdim edilib.

Görüşün sonunda klub rəsmiləri və könüllülər birlikdə xatirə şəkli çəkdiriblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30