3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Qarabağ”ın Avroliqada 6 mümkün rəqibi

“Aston Villa”nın Avropa Liqasının finalında qələbə qazanması turnirin yeni mövsümündə 1-ci təsnifat mərhələsində iştirak edəcək komandaların sayına təsir edib.

Futbolxeber.az saytının haqqin.az-a istinadən verdiyi məlumata görə, artıq ilk təsnifat mərhələsində 16 yox, 12 komanda mübarizə aparacaq. Bu komandalar arasında Azərbaycanın vitse-çempionu “Qarabağ” da var.

Ağdam təmsilçisi püşkatmada səpələnmişlər sırasında olacaq.

Dəyişiklikdən sonra səpələnmiş və səpələnməmiş komandaların sayı 8 yox, 6 olub. “Qarabağ”ın mümkün rəqiblərindən 5-i artıq məlumdur:

- “Voyvodina” (Serbiya)

- “ÇFR Kluj” (Rumıniya)

- “Aluminiy” (Sloveniya)

- “Derri Siti” (İrlandiya)

- “Vestri” (İslandiya)

6-cı mümkün rəqib isə Slovakiyanın “Jilina” və ya Moldovanın “Zimbru” klubu olacaq. “Zimbru” mayın 23-də ölkə kubokunun finalında qalib gəlsə, bu siyahıya daxil ediləcək.

Qeyd edək ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək. Bir gün sonra 2-ci təsnifat mərhələsinin püşkü atılacaq və “Qarabağ” burada da səpələnmişlər sırasında yer alacaq.

Lakin əgər “Qarabağ” mərhələ adlayarsa, iyulun 20-də keçiriləcək 3-cü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər sırasında düşmək ehtimalı var.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31