3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

AFFA-dan "Sabah" və "Neftçi"yə cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 32-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Şamaxı” - “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilib.

“Sabah” - “Neftçi” oyununun 85-ci dəqiqəsində “Sabah” komandasının 20 nömrəli futbolçusu Coy Lens Mikels təcavüzkar davranışa (rəqibə topu aqressiv şəkildə atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla, 2 oyunluq cəzalandırılıb. Klub 3000 manat cərimə edilib. 6 ay sınaq müddəti təyin edilib.

“Sabah” - “Neftçi” oyununun 85-ci dəqiqəsində “Neftçi” komandasının 7 nömrəli futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. “Neftçi” komandası 500 manat cərimə edilib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31