Ölkə futbolu
Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
“Neftçi”nin baş icraçı direktoru Cenk Sümerin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi” “İmişli”ni darmadağın etdi (6:0). Böyük hesablı qələbəni necə şərh edərdiniz?
- Əvvəlcə Azərbaycan xalqını, “Neftçi” azarkeşlərini, həmçinin mətbuat nümayəndələrini Ramazan və Novruz bayramı münasibəti ilə təbrik edirəm. Gözəl oyun oldu. Komanda meydanda istədiklərimizi göstərə bildi. Mövsümün əvvəlindən görmək istədiklərimiz məhz bunlar idi. Səviyyə fərqi özünü göstərdi. Qara qış keçirdik, önümüzdə artıq bayramdır. Bahar gəlir. Oyunumuz yaxşılaşır. Daha da yaxşı olacaq. Bütün bunlar klub rəhbərliyi olaraq bizi sevindirir. Daim məşqçilər korpusumuzun, futbolçularımızın arxasındayıq. Hədəfimiz Avropadır. Qitə kuboklarına qatılmaq istəyirik. Ümid edirik ki, layiqli şəkildə, bu formanın haqqını verərək istəyimizə çatacağıq.
- Demək olar ki, “Neftçi” bu qələbə ilə “İmişli”dən ilk iki dövrədəki xal itkilərinin əvəzini çıxdı?
- Bunadək “İmişli” ilə oyunlarda 5 xal itirmişdik. Əslində rəqib heç də pis komanda deyil. Xüsusən orta və müdafiə xəttində yaxşı oynayır. Mövsüm ərzində digər komandalara da çətinlik yaradıblar. Məşqçilər korpusumuz rəqibi analiz edərək komandanı oyuna hazırladılar. Üstəlik, heyətdə ciddi itkilərimiz var idi. Sambu, Abubakar zədəli idi. Sako hələ tam bərpa olunmayıb. Buna baxmayaraq, əla çıxış etdik. Xüsusən Varqas, Bruno, Emin Səfərov əla çıxış etdilər. Meydanda arzuladığımız Emin Səfərovu gördük. Bu, bizim üçün də, milli komanda üçün də yaxşıdır. Səfərov da Mahmudov kimi milliyə dəvət alıb. Lakin bunlarla kifayətlənməyəcəyik, daha da artıracağıq. İstəyimizdən biri də yerli oyunçularımızın parlamasıdır. "Neftçi” daim gənclərə dəstək olur.
- Mövsümün sonunda bəzi futbolçuların anlaşmaları başa çatır. Məsələn, Sambu, Varqas. Artıq indidən onlarla danışıqlara başlanılıb, yoxsa çempionatın bitməsini gözləyirsiniz?
- Hazırda mövsümü neçənci yerdə bitirəcəyimiz önəmlidir. Avrokuboklara getsək, ona uyğun heyətimizi qorumalıyıq. Ümumiyyətlə, məqsədimiz heyəti dəyişmək deyil. Əksinə, hazırkı futbolçuları qorumaqla daha da güclənmək istəyirik. Qışda sadəcə bir oyunçu gətirdik. Onu da çətinliklə. Çox transfer edib heyəti şişirtmək əvəzinə komandaya güc qatacaq futbolçularla anlaşmaq istəyirik.
- Murad Məmmədovun Kiprin “Pafos” klubuna keçidi nə dərəcə realdır? Bu məsələdə son durum necədir?
- “Pafos” Muradla ciddi şəkildə maraqlanr. O da əvvəldən hədəfinin xaricdə oynamaq olduğunu deyib. Murad bizim övladımızdır, akademiyamızın yetirməsidir. Biz də onun seçiminə, qərarına hörmətlə yanaşırıq, dəstəkləyirik. Keçid baş tutarsa, buna yalnız sevinərik.
- Onun “İmişli” ilə maçtda meydana çıxmaması transfer məsələsi ilə bağlı idi?
- Xeyr, əlaqəsi yoxdur. Əvvəlki matçlarda forma geyib. Bilirsiniz ki, Yuri Vernidub gələndən sonra Murad daha çox oynamaq şansı qazanıb. Onun uğur qazanması bizim üçün önəmlidir. Transferi reallaşarsa, daim diqqətimizdə olacaq.
- Muradın “Neftçi” ilə müqaviləsi mövsümün sonunda bitir. Bəzən bu cür hallarda gənc futbolçular klublarına daha çox pul qazandırmaq üçün sözləşməni uzadırlar ki, qarşı tərəf kompensasiya ödəsin. Məmmədovla bağlı belə bir plan var?
- Ötən mövsüm müqavilənin yenilənməsi barədə söhbətimiz olmuşdu. Lakin Murad istəmədi. Onun bu qərarını anlayışla qarşılayırıq. Çünki Avropada azad agent statusunda olan futbolçuya daha çox maraq göstərirlər. Belədə transfer şansı daha da artır. Amma istənilən halda biz bu keçiddən Muradı yetişdirdiyimiz üçün pul alacağıq. Özü də bu, heç də kiçik rəqəm deyil. Önəmli olan Muradın Azərbaycanı və “Neftçi”ni Avropada layiqli şəkildə təmsil etməsidir. Bu, digər gənclər üçün də ümid olacaq. Görəcəklər ki, “Neftçi”yə 10-12 yaşında qatılan bir yeniyetmə zəhməti sayəsində bir neçə ildən sonra Avropaya yollandı.
- Yuri Vernidubu yeni mövsümdə də “Neftçi”də görəcəyik?
- Vernidub bizim baş məşqçimizdir. Ondan razıyıq. Hər hansı sıxıntı yoxdur. O da bizdən razıdır. Daim müsahibələrində bu barədə deyir. Vernidub bizə dəyər verir, biz də onun zəngin təcrübəsindən yararlanmağa çalışırıq.
- Şər deməsən, xeyir gəlməz. “Neftçi” Avropaya yollanmasa belə, ukraynalı mütəxəssis komandada qalacaq?
- Vernidub hazırda bizim gələcək planlarımıza daxildir. Bilirsiniz ki, o, komandaya mövsümün ortasında qoşulub. Lakin gəlişi ilə “Neftçi”yə ruh, enerji verdi. İndi daha keyfiyyəti komanda görürük.
- Hər şey qaydasında gedərsə, “Neftçi” avrokuboklara vəsiqə qazanarsa, yayda Abubakar səviyyəsində ulduz transferi mümkündür?
- “Neftçi” üçün hər şey mümkündür. Həm də Abubakar bura şans əsəri olaraq gəlməyib, istəyərək gəlib. Yayda da baş məşqçimizin istədiyi mövqeyə uyğun futbolçuları heyətimizə qatmağa çalışacağıq. Büdcədən lazımi şəkildə istifadə edəcəyik. Onsuz da “Neftçi”dəki futbolçuların hər biri ulduzdur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
02.10.2026
01.10.2026
























