8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

"Kəpəz" son 13 ilin rekordunu müəyyənləşdirib

"Kəpəz" Azərbaycan çempionatında son 13 ilin rekorduna imza atıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Gəncə təmsilçisinin heç-heçəsiz oyunlar seriyası qırılıb.

"Sarı-göylər" son olaraq Premyer Liqanın XIX turunda "İmişli" ilə bərabərə qalıb - 0:0.

"Kəpəz" ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı.

Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də "Neftçi" ilə görüşdə qeydə alınmışdı - 2:2. Sonrakı 21 matçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.

281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudur. Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012-2013-cü illərə təsadüf edib. Həmin vaxt "Rəvan" 25 görüşdə "sülh"süz oynayıb.

Qeyd edək ki, çempionatın mütləq rekordu 1996-1998-ci illər aralığında 51 oyunu heç-heçəsiz bitən "Şəfa"ya məxsusdur.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31