11 Oktyabr 2026, Bazar günü
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Ölkə futbolu

"Qarabağ" yeni transfer edir

“Qarabağ” Kiprin “AEK Larnaka” klubundan Jeremi Qnalini heyətinə qatmağa yaxındır.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"la baş tutan matçdan sonrakı mətbuat konfransında bildirib.

Təcrübəli mütəxəssis 23 yaşlı fransalı cinah müdafiəçisinin Bakıya gəlməsini gözlədiklərini bildirib. O, həmçinin heyətdə limit problemi olduğunu və yeni transferlər üçün bəzi oyunçularla yolların ayrılmalı olduğunu vurğulayıb:

"Oyunçu ilə bağlı belə bir məsələ var, Bakıya gəlməlidir. Rəhbərliklə danışmalıyıq ki, danışıqlar hansı səviyyədə qalıb. Kadi və Ramil Şeydayevə gəldikdə isə, baxacağıq hansı xəttə oyunçu lazım olacaq. Bunu mütləq etməliyik. Hazırda boş yerimiz yoxdur. Yeni oyunçu gətirmək üçün hansısa oyunçunu çıxarmalıyıq, çünki limit var".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31