5 Noyabr 2026, Cümə axşamı
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”

Ölkə futbolu

“Araz-Naxçıvan”da ciddi itkilər: ikisi zədəli, biri müəmmalı

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində Qubada “İmişli”nin qonağı olacaq “Araz-Naxçıvan” meydana ciddi itkilərlə çıxacaq.

Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan klubunun 3 aparıcı futbolçusu bu matçda meydana çıxmayacaq. Söhbət Felipe Santos, İssuf Paro və Rahil Məmmədovdan gedir. Adıçəkilən 3 futbolçunun adı “İmişli” ilə görüşün iştirak ərizəsində yoxdur.

Müdafiəçilər – Rahil və İssuf zədəlidirlər və bu səbəbdən komandanın qış fasiləsində keçirdiyi yoxlama oyunlarında da forma geyməyiblər. Santosun isə bugünkü görüşdə hansı səbəbdən meydana çıxmaması məlum deyil. Çünki braziliyalı futbolçu “Zaqatala”ya qarşı keçirilən son yoxlama görüşündə (4:0) ikinci hissədə meydanda olmuşdu.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30