25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

Aleks "Turan Tovuz"dan Yaponiyaya gedişi barədə: “Karyeramda önəmli dövrü başa vururam”

"Turan Tovuz"dan Yaponiyanın "Kyoto" komandasına transfer olunan Aleks Souza keçidini şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı hücumçu bu barədə instaqram hesabında yazıb.

Braziliyalı forvard Azərbaycan təmsilçisindən yeni klubuna transferi ilə bağlı fikirlərini bölüşüb:

"Karyeramda önəmli dövrü başa vururam. Bu müddət ərzində yaşadığım hər şeyə, mənə verilən fürsətə və etibara görə "Turan Tovuz"a çox minnətdaram. Hər zaman yanımda olan klubun İdarə Heyətinə, məşqçilərə, komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Özümlə təcrübələr, peşəkar inkişaf və əbədi qalacaq xatirələr aparıram. Kluba uğurlar, növbəti çətinliklərə hazır olmağı arzulayıram. Hər şey üçün təşəkkür edirəm".

Qeyd edək ki, Aleks Souza 2024-cü ilin yanvarından "Turan Tovuz"da çıxış edirdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31