14 Sentyabr 2026, Bazar ertəsi
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğlub etdi

Ölkə futbolu

"Qarabağ" - "Ayaks" oyununun hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununa hakim təyinatları açıqlanıb.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FİFA referisi Rade Obrenoviç olacaq. Ona yan xətt hakimləri qismində Yuri Praprotnik və Qreqa Kordez köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR Matej Juqa, AVAR isə Alen Borosaka həvalə olunub.

R.Obrenoviç 2021-ci ildə Konfrans Liqasında "Qarabağ"ın Bakıda Şotlandiyanın "Aberdin" komandası ilə oyununu (1:0) da idarə edib.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30