14 Sentyabr 2026, Bazar ertəsi
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğlub etdi

Ölkə futbolu

“Qarabağ” - “Ayaks” matçını yayımlayacaq kanal dəyişdi

UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunda “Qarabağ” - “Ayaks” matçının canlı yayımlanacağı kanal dəyişib.

Futbolxeber.az saytının məlumatına görə, matçın əvvəlcə “CBC Sport”da yayımlanması planlaşdırılsa da, sonradan qərar dəyişdirilib. Belə ki, qarşılaşmanı “İctimai TV” yayımlayacaq. Bu barədə kanalın rəsmi sosial media hesabında məlumat paylaşılıb:

"Məlum olduğu kimi, “Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur. "Qarabağ" klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi görüşlər də bu razılaşma çərçivəsində İctimai Televiziya tərəfindən yayımlanır. Tərəflər arasında mövcud sıx əməkdaşlıq fonunda aparılan son müzakirələr nəticəsində əvvəlcədən planlaşdırılan yayım proqramında müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub. Yayımçı qurumların birgə təşəbbüsü ilə “Qarabağ" - “Ayaks” oyununun İctimai Televiziyanın canlı efirində nümayiş etdirilməsi barədə qərar qəbul olunub".

Qeyd edək ki, qarşılaşma dekabrın 10-u saat 21:45-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30