22 May 2026, Cümə
"Qəbələ" "Şamaxı"nı məğlub etdi
"Neftçi" ölkə kubokunun qalibi oldu
İnfantino "Sabah"ı təbrik edib
XXXIII turun hakim təyinatları

Ölkə futbolu

Prezident İlham Əliyev: "Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir"

Prezident İlham Əliyev futbol üzrə U-20 dünya çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda keçirilməsi ilə bağlı danışıb.

Futbolxeber.az saytının məlumatına görə, ölkə başçısı Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib:

"İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir".

Qeyd edək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-ci turnirinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər. Bununla futbol tarixində ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli futbol komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31