20 Sentyabr 2026, Bazar günü
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

Rəşad Sadıqov: “Belə məğlubiyyət bizə yaraşmadı”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Sabah”a 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında o, görüşü qiymətləndirməyin çətin olduğunu söyləyib:

“Təxminən altı aydır liqada məğlub olmamışdıq. Sonuncu dəfə ötən mövsüm “Qarabağ”a uduzmuşduq. Bilirdik ki, bir gün məğlubiyyət gələcək. Amma belə məğlubiyyət bizə yaraşmadı. İlk hissənin sonlarında buraxdığımız iki qol dönüş nöqtəsi oldu. İkinci hissədə cəhdlər etdik, amma alınmadı. Rəqib bizi əks-hücumda cəzalandırdı. Qələbədən sonra necə tez unuduruqsa, bu məğlubiyyəti də elə tez unutmalıyıq”.

R.Sadıqov komandasının bu gün zəif oynadığını etiraf edib: “Bəli, bu mövsümün ən zəif oyununu keçirdik. 6-7 futbolçumuz zədəli idi, onların yerini doldurmaq çətindir. Bu, bəhanə deyil, sadəcə boşluqları bağlamaq doğrudan da çətindir. İsmayıl İbrahimli və Ceyhun Nuriyevin itkisi gözlənilməz oldu”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30