8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

“Qarabağ” UEFA reytinqində irəlilədi

Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini bir qədər də gücləndirib.

Futbolxeber.az saytının məlumatına görə, bu, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə hər iki matçdakı qələbəsi (1:0, ilk oyunda 3:0) sayəsində mümkün olub.

Qurban Qurbanovun komandası bu uğur sayəsində ÇL-də 3-cü raunda vəsiqə qazanıb.

Ağdam təmsilçisi bu oyunlardakı qələbələrə görə UEFA reytinqində 4 pillə irəliləyərək 65-ci yerə qalxıb. Azərbaycan çempionu 2024/25 mövsümünü reytinqində 69-cu yerdə başa vurmuşdu.

Reytinq son 5 mövsümün nəticəsinə əsasən hazırlanır.

Xatırladaq ki, “Qarabağ”ın dünən “Şelburn” üzərindəki qələbəsindən sonra Azərbaycan da UEFA reytinqində 29-cu yerdən 28-ci pilləyə yüksəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31