6 Iyul 2026, Bazar ertəsi
Kamilo Duran satılmaq üzrədir
DÇ-2026: 1/4 finalın iki cütü müəyyənləşib
“Neftçi” “Partizan”a qarşı
“Qarabağ”ın 8-ci transfer - Rəsmi

Ölkə futbolu

Azərbaycan klublarının avrokuboklardakı yubiley qələbəsi

Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yubiley qalibiyyəti Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Qarabağ” - “Şelburn” oyununa təsadüf edib.

Ağdam təmsilçisi İrlandiya klubunu 1:0 hesabı ilə üstələyib. 150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.

Təmsilçilərimiz Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 82, Konfrans Liqasında 21, İntertoto Kubokunda 9 dəfə azarkeşlərini sevindiriblər. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.

Qeyd edək ki, komandalarımızın ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31