6 Fevral 2026, Cümə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Ölkə futbolu

“Araz-Naxçıvan” müdafiəçisi: “İlk oyunun nəticəsini yaddan çıxarmışıq”

"Araz-Naxçıvan"ın futbolçusu Bruno Franko UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında “Aris”ə qarşı keçirəcəkləri matç haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı müdafiəçi görüşdən öncə keçirilən mətbuat konfransında deyib:

"Birinci oyunun nəticəsini yaddan çıxarmışıq. Bizim üçün oyunun vacib hissəsi sabah olacaq. Meydana çıxarkən hesabın 0:0 olduğunu düşünəcəyik. Yəni ilk oyuna necə çıxmışdıqsa, bu dəfə də o şəkildə meydana ayaq basacağıq. Birinci oyunda yaxşı şanslarımız oldu. Artıq bunlar keçmişdə qaldı. Birinci oyunda nə etmisənsə, qaldı arxada. İndi sabahkı görüşə diqqət ayırmalıyıq".

Müdafiəçi səfərdə keçiriləcək oyunda mümkün azarkeş təzyiqindən də söz açıb: "Bilirik ki, sabah stadionda anşlaq olacaq. Bu cür oyunlarda iştirak etmişəm. Yaxşı olardı ki, bizim fanatlar da stadionda yer alsın. Ancaq bunlar oyuna köklənməyimizə təsir etməyəcək".

Qeyd edək ki, iyulun 31-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Komandalar arasında ilk matçda "Araz-Naxçıvan" rəqibini 2:1 hesabı ilə məğlub edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28