10 Sentyabr 2026, Cümə axşamı
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

"Turan Tovuz" "Çorum"la heç-heç etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama matçına çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Kurban Berdıyevin komandası Türkiyə 1-ci liqa təmsilçisi "Çorum"la üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Tovuz təmsilçisinin qolunu 37-ci dəqiqədə Roderik Miller vurub.

Qeyd edək ki, "Turan Tovuz"un Bolu toplanışı 6 avqustadək davam edəcək. Komanda Türkiyədə daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Hələlik bölgə klubu yalnız 1 rəqibinin adını açıqlayıb. "Turan Tovuz" iyulun 29-da İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.

Xatırladaq ki, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geydiyi “Çorum” daha əvvəl yoxlama görüşündə digər təmsilçimiz “Zirə”yə uduzub - 0:2.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30