2 Mart 2026, Bazar ertəsi
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Ölkə futbolu

Sərxan Hacıyev İstanbulda Elxan Məmmədovun da iştirak etdiyi tədbirə yollandı

UEFA-nın Türkiyədə nümayəndəliyi fəaliyyətə başlayacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu gün İstanbulda nümayəndəliyin açılış mərasimi keçiriləcək.

AFFA-nı tədbirdə icraçı vitse-prezident Sərxan Hacıyev təmsil edəcək.

“Teleqraf”ın yazdığına görə, tədbirdə AFFA-nın sabiq baş katibi, hazırda FIFA-nın Üzv Assosiasiyaların direktoru Elxan Məmmədov da iştirak edir. E.Məmmədov ötən gün tədbir iştirakçıları üçün verilən ziyafətə qatılıb. Xatırladaq ki, S.Hacıyev əvvəllər AFFA-nın sabiq baş katibinin müavini olub.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəhbərlərinin iştirakı gözlənilir.

Tədbir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, UEFA İngiltərənin paytaxtı London və Belçikanın paytaxtı Brüsseldən sonra sayca üçüncü nümayəndəliyini İstanbulda açacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31