5 May 2026, Çərşənbə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi

Ölkə futbolu

Musa Qurbanlı: “Bu, qələbə üçün kifayət etmədi”

“Əlbəttə ki, qələbə qazanmağı çox istəyirdik. Bu matçda 3 xal qazanmağın bizim üçün nə qədər vacib olduğunu dərk edirdik. Pis oynamadıq. Lakin bu, qələbə üçün kifayət etmədi. Nəticə məyusedicidir. Kifayət qədər qol epizodları yaratsaq da, fərqlənə bilmədik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri milli komandamızın hücumçusu Musa Qurbanlı UEFA Millətlər Liqasının beşinci turunda Estoniyaya qarşı keçirilən oyun (0:0) barədə danışarkən deyib.

O, “Qol vurmağınıza nə mane oldu?” sualını belə cavablandırıb: “Bu barədə mənim nəsə deməyim düzgün olmaz. Məşqçilər korpusu oyunu analiz edəcək. İsti başla nəsə deyə bilmərəm. Yenə deyirəm, kifayət qədər qol epizodlarımız oldu, lakin dəyərləndirə bilmədik”.

Qurbanlı 2 gün sonra İsveçə qarşı keçiriləcək matçın çətin alınacağını söyləyib: “Estoniya ilə matçda qələbə qazanıb səfərə getsəydik, daha yaxşı olardı. Bu halda İsveç önünə daha yüksək motivasiya ilə çıxardıq. Çalışacağıq yaxşı oyun göstərək və hər nə qədər çətin olsa da, İsveçlə görüşdə uğur qazanaq”.

22 yaşlı forvard millimizin D liqasına düşmək perspektivini də toxunub: “Sona qədər döyüşəcəyik. Əlimizdən gələni edəcəyik ki, bu vəziyyətdən çıxa bilək”.

Fərəc Aslanov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31