Ölkə futbolu
Ayxan Abbasov 200 oyunu xatırladı: “Hər bir komandanın ilkləri heç vaxt unudulmur”
"Sumqayıt”la matçın 200-cü olduğunu oyundan sonra bildim. Bu barədə fikirləşməmişdim. Düzdür, 200-ə yaxın olduğunu bilirdim. Amma sırf bu matçın olduğundan məlumatsız idim”.
Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Sumqayıt”la matçda Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü dəfə komandasını meydana çıxaran “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasov deyib.
O, statistikadan xəbər tutduqdan sonra 200 matçla bağlı bir qədər düşündüyünü bildirib: “Premyer Liqadakı ilk oyunum yadıma düşdü. Əlbəttə, 200 az rəqəm deyil. Əlavə olaraq Avroliqa, Konfrans Liqası, kubok matçları da var. Premyer Liqada baş məşqçi kimi 4 komandada çalışmışam. Uğurlar da olub, acı məğlubiyyətlər də. Bütün bunlar inkişafa gətirib çıxarıb, təcrübə yığmışıq. 200 oyunla bağlı bunları xatırladım”.
43 yaşlı mütəxəssis ilk oyununun AZAL-a qarşı olduğunu xatırlayıb: “Tovuzda işləyəndə bilirdim ki, oyun sayı 200-ə yaxındır. Lakin sonra statistika ilə maraqlanmamışdım. İlk oyunum “Zirə”də olub, AZAL-a qarşı çıxış edirdik. Qış fasiləsindən sonra idi. Məqsəd Avroliqaya vəsiqə qazanmaq, 4-lüyə düşmək idi. Lakin bu, heç də asan deyildi. Çünki həmin vaxt “Qarabağ”, “Qəbələ” və “Neftçi” çox güclü idi. Digər klublar arasında əsas mübarizə 4-cü yer uğrunda gedirdi. Düzdür, ona qədər təcrübəm var idi. Həm əvəzedicilərdə, həm də köməkçi məşqçi kimi işləmişdim. Lakin Premyer Liqada başqadır. Həyəcan var idi. İlk oyunlarda hiss edirdim ki, bəzi situasiyalarda təcrübə lazımdır”.
“200 oyun arasında ən uğurlu və uğursuz 3 matç kimi hansıları fərqləndirərdiniz?” sualını A.Abbasov belə cavablandırıb: “Seçiləsi oyunlar çoxdur. Eləcə də üzüləsi. Çempionatda “Zirə” ilə Avroliqaya vəsiqə qazandıq, orda mərhələ keçdik. “Sumqayıt”dakı uğurlar yadda qalıb. Çünki hamısı ilklər idi. Komanda həm tarixində ilk dəfə Konfrans Liqasına vəsiqə qazandı, həm 2 dəfə kubokun finalına çıxdı, həm də bürünc medal qazandı. Bütün oyunlar udunulmazdır, hər biri tarix idi. Hər bir komandanın ilkləri heç vaxt unudulmur. “Turan Tovuz”da da xatırlanası oyunlar olub. “Neftçi” ilə kubokun cavab matçında son saniyələrdə qapımızda qol görməsəydik, orda da final həyəcanı yaşaya bilərdik. İlk ildə finala vəsiqə “Turan Tovuz” adına böyük uğur olardı. Təəssüf ki, bunun üçün bir neçə dəqiqə çatmadı. Üzüldüyüm oyunların içərisində ən birincisi odur. Amma qısaca desək, 200 oyunun hamısı, eləcə də avrokuboklardakı matçların hər biri dəyərlidir”.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
02.11.2026
01.11.2026
31.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























