22 Oktyabr 2025, Çərşənbə
"Qarabağ" "Atletik" səfərində
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi

Ölkə futbolu

Almaniya klubundan Mahir Emreli ilə bağlı açıqlama

Almaniya ikinci Bundesliqa təmsilçisi "Nürnberq" (baş məşqçi Miroslav Kloze) Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli ilə danışıqlar apardığını təsdiqləyib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu haqda klubun idman direktoru Joti Hatsialeksiu "Bild" nəşrinə açıqlamasında deyib.
 
"Mahir axtarışda olduğumuz mövqe üçün mentalitetə sahib futbolçudur. O, yaxşı qol vurma qabiliyyətinə malikdir və topla çox yaxşı rəftar edir. Onunla söhbətlərdən müsbət şeylər əldə etdik” - deyə klub rəsmisi bildirib.
 
Qəzetin yazdığına görə, M.Emreli bazar ertəsi günü Nürnberqdə komandanın düşərgəsində olub. Amma o, sonradan müqavilə bağlamadan geri qayıdıb. Qəzet yazır ki, "Nürnberq" yekun qərar verməzdən əvvəl M.Emreli ilə əlavə müzakirələr və araşdırmalar aparmaq fikrindədir.
 
Qeyd edək ki, M.Emrelinin tezliklə hazırkı klubu "Dinamo"nu tərk edəcəyi gözlənilir.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31