Ölkə futbolu
Elmar Baxşıyev: “İstədiyimiz mövqelər dolandan sonra iddiadan danışmaq olar”
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin Futbolxeber.az saytına müsahibəsi
- Əvəzedicilərə qarşı keçirilən yoxlama matçında 3:1 hesablı qələbə qazandınız. Bu görüş komandaya nə verdi?
- İstədiyimiz komandanın meydançanı tam hiss eləməyi idi. Son 2-3 gündə ağır məşqlərimiz olmuşdu. Buna görə də yükləmə altında komandanı görmək istəyirdik. Ümumi fikirlərimiz nə idisə, komanda da onu bizə qaytardı.
- Əvəzetmələrlə bağlı bir qədər çətinliyiniz var idi. Komanda kənardan çox kasad görünürdü. Çempionatın startına bir ay qalmış bu məqam sizi nə dərəcədə narahat edir?
- Komanda hazırda komplektləşir. Bəzi mövqelər üzərində iş gedir. Üstəlik, bəzi oyunçularımız – Ömər Buludov və Miço Kuzmanoviç xəstəlik səbəbindən meydana çıxmamışdılar. Onlar hazır deyildilər. Vaxtımız var. Qarşıdakı günlərdə komandaya yeni oyunçular qoşulacaq.
- Yəqin ki, əsas hücum xəttini gücləndirmək istəyirsiniz.
- Mərkəz hücumçusu, “10 nömrə” və müdafiənin mərkəzinə axtarışlarımız davam edir. Bu üç mövqeyə mütləq transfer olmalıdır.
- Yeni transferlərdən olan Karlos Jatoba əvəzedicilərlə görüşdə hücumun arxasında yer almışdı. Bu, məcburiyyətdən atılmış addım idi, yoxsa braziliyalıya elə həmin mövqedə şans vermək barədə düşünürsünüz?
- Jatoba meydanın mərkəzində hər bir mövqedə oynaya biləcək futbolçudur. Ona görə də müxtəlif mövqelərdə şans verməyimiz mümkündür. Keyfiyyətli oyunçudur. Düşünürəm ki, komandaya xeyri dəyəcək.
- Yeni mövsüm üçün rəhbərliyin sizdən istəyi nədir? Avrokubok tələbi varmı?
- İndiki durumda bizi də, rəhbərliyi də daha çox düşündürən heyətin tez bir zamanda komplektləşdirilməsidir. İstədiyimiz mövqelər dolandan sonra iddiadan danışmaq olar.
- Belə çıxır ki, hələ bu barədə danışmamısınız?
- Yox, əsas məsələ hazırda heyətin komplektləşdirilməsidir.
- Bəs indi olmasa belə, mövsümün ikinci yarısında Naxçıvana köçmək məsələsi nə dərəcədə real görünür?
- Bu, mənə aid sual deyil. Yalnız onu deyə bilərəm ki, biz də istərdik ki, ev oyunlarımızı Naxçıvanda keçirək. İnşallah inanıram ki, bu yöndə işlər gedəcək və komanda öz doğma meydanında oynayacaq.
- Son mövsüm çempionat çox gərgin alındı. Sizcə, hazırkı gedişata əsasən növbəti mövsümdən nə gözləmək olar? Ötənilkindən də gərgin mübarizəyə şahidlik etməyimiz mümkündür?
- Transferlər onu göstərir ki, heç bir komanda iddiasından əl çəkməyəcək. İldən-ilə çempionat daha da ağır olur. Bu, bir tərəfdən yaxşıdır ki, komandadalar rəqabətədavamlı olurlar. Hər halda nə qədər çox rəqabət olsa, çempionat da bir o qədər inkişaf edər.
- “Qəbələ”dən komandaya cəmi 2 futbolçu cəlb etdiniz. Urfan Abbasov və Ülvi İsgəndərovdan başqa, sabiq klubunuzdan maraq dairənizdə olan yox idi, yoxsa digərlərinin keçidi alınmadı?
- Sırf yerli futbolçularla bağlı bizə lazım olan mövqeyə Urfan və Ülvi idi, onların üzərində dayandıq. Amma qarşıdakı günlərdə yenə də kimsə ola bilər.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
13:56
Yuri Maksimov: "Qarabağ" mənə bir qədər "Şaxtyor"u xatırlatdı"
-
13:00
"Barselona" - "Nottingem Forest" matçında tək qol VİDEO
-
12:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:14
"Real" "Ferentsvaroş"a qalib gəldi VİDEO
-
11:47
"Turan Tovuz"dan ayrıldı, "Rusenborq"a keçdi
-
11:23
"Qalatasaray" öz meydanında "Vilyarreal"la bacarmadı VİDEO
-
11:08
Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
-
10:55
Voleybol millimiz Bakıda iki yoxlama oyunu keçirib
-
10:31
Ramon Maçadonu yeni klubu müəyyənləşdi
-
10:19
Nuriyev oynadı, komandası uduzdu
-
10:00
Azərbaycan cüdoçusu Avropa Kubokunda bürünc medal qazanıb
-
18:00
"Arsenal"dan növbəti transfer
-
17:35
Messinin atası vəfat edib
-
16:08
Koxalski “Qarabağ”dan ayrılmağa yaxındır
-
15:26
Qızlardan ibarət basketbol millimiz Estoniyaya qalib gəlib
-
14:51
"Mançester Yunayted" onunla vidalaşdı
-
13:42
“Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
-
13:14
"Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib
-
11:39
Zidanın oğlunun yeni klubu müəyyənləşdi
-
10:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:23
II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
-
09:00
Elvin Yunuszadənin debütu uğursuz alındı
-
08:45
Nəriman rəsmən “Erzurumspor”da
-
21:27
Yuri Vernidub: “Məsuliyyət tamamilə mənim üzərimdədir”
-
21:00
Azərbaycan stolüstü tennisçiləri Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
20:39
Qızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
-
20:16
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
-
19:48
Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar təşkil olunub
-
19:35
Qazaxıstan millisinin baş məşqçisi müəyyənləşdi
-
18:53
Musa Qurbanlı: “Bizim xarakterimizdə təslim olmaq yoxdur”
-
18:24
Elnur Abdullayev: “Özümə və komandama güvənirəm”
-
18:01
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
-
17:48
“Gələcəkdə Qubada Avropa standartlarına cavab verən stadionumuzun olmasını istəyirik”
-
17:17
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
-
17:00
"Səbail" 5 legionerlə müqavilə imzaladı
-
16:36
"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı
-
16:29
Mirzə Bayrampur: “Hədəflərimiz böyükdür”
-
15:45
Azərbaycanın gənc qolfçusu beynəlxaq turnirin qalibi olub
-
15:13
Tanınmış klubun baş məşqçisi xəstəxanaya yerləşdirilib
-
14:52
Ponomarenko “Qarabağ”a vurduğu qoldan danışdı
-
14:34
“Gəncə”də yeni müqavilə
-
14:08
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
-
13:41
Bakı "Azerbaijan Junior Open 2026" beynəlxalq turnirinə ev sahibliyi edəcək
-
13:27
“Qarabağ” hələ tam hazır deyil, amma çox təhlükəlidir”
-
13:00
Azər Məmmədov: "Gəncə stadionunu tam dolduracağıq"
-
12:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:59
"Karvan-Yevlax"dan qapıçı transferi
-
11:13
Murad oynadı, “Pafos” uduzdu
-
10:45
"Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib
-
10:22
"Qarabağ"ın məğlubiyyəti VİDEO
09.08.2026
08.08.2026
07.08.2026
























