28 Oktyabr 2026, Çərşənbə
Millimiz Çiliyə məğlub oldu
“Qarabağ” Abbasla vidalaşdı
“Qarabağ” “Dinamo” ilə üz-üzə
Yeton Bekiri qələbəni şərh etdi

Ölkə futbolu

VI “Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə start verilib

"YAŞAT” Fondunun, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün VI “Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, şəhidlərimizin 6-12 yaş aralığındakı 100 övladını əhatə edən layihənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, "Azərkontrakt" ASC-nin sədr müavini Güləddin Dadaşov, “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül və digər qonaqlar iştirak ediblər.

İyunun 29-dək davam edəcək layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Xüsusən futbola yüksək marağı olan uşaqlara bu idman növünü praktiki cəhətdən sevdirmək, onlara futbolla peşəkar məşğul ola bilmək üçün şərait yaratmaqla motivasiya olmaqdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31