9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”

“Viza məsələm artıq həll olundu. Az sonra səfərə yollanacam. Artıq sabahdan millinin düşərgəsində məşqlərə qoşulacam. Hər şey qaydasındadır”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri viza probleminə görə milli komanda ilə birgə 2 gün əvvəl səfərə yollana bilməyən Elvin Bədəlov deyib.

Təcrübəli müdafiəçi problemin səbəbini belə izah edib: “Deyildi ki, səfirlikdə sistemdə problem yaranmışdı. Tək mən yox, daha bir neçə nəfərə də viza verilməmişdi. Amma məsələ artıq yoluna qoyulub. Dediyim kimi, sabahdan millinin hazırlığına qatılacağam”.  

E.Bədəlov deyib ki, toplanışa gec qatılması hazırlıq baxımından ciddi problem yaratmayacaq: “Cəmi bir məşq buraxdım. Bu gün onsuz da oyundu. Hazırlığıma ciddi təsir etməyəcək. Yəqin ki, növbəti yoldaşlıq görüşünə qədər tam hazır olacağam”.

Fərəc ASLANOV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31