9 Iyun 2026, Çərşənbə axşamı
Minifutbol millimizin zəfər turu
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu

Ölkə futbolu

Millimiz "Neftçi"nin əvəzedicilərini məğlub edə bilmədi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil ediləcək yoldaşlıq turnirinə hazırlıq çərçivəsində yoxlama görüşü keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv “Neftçi-2” ilə qarşılaşıb.
 
Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-19-un heyətində 45+1-ci dəqiqədə Niyazi Osmanov fərqlənib.
 
Qeyd edək ki, millimiz iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək. Komanda iyunun 4-də, Bakı vaxtı ilə saat 20:30-da Qazaxıstanın U-19, iyunun 7-də, saat 18:00-da Türkiyənin U-20, ayın 10-da, saat 20:30-da isə Moldovanın U-19 kollektivi ilə üz-üzə gələcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30