10 Mart 2026, Çərşənbə axşamı
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi
Azər Bağırov: “Biz iki xal itirdik”
Sadıqov: “...maraqlı deyil”

Ölkə futbolu

"Qəbələ"nin məşqçisi 5 oyunluq cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, iclasda aşağı yaş qruplarından ibarət komandalar arasındakı çempionatların matçlarında edilən qayda pozuntuları ilə əlaqədar qərarlar qəbul olunub.
 
AFFA U-15 Liqasında çıxış edən "Qəbələ" klubunun məşqçisi Şəhruz Mustafayev daha beş oyun cəzalandırılıb. Mütəxəssis "Sumqayıt"la görüşdə hakimlərin ünvanına qeyri-etik ifadələr işlədib və buna görə onun cəzasının üzərinə 5 oyun əlavə edilib. Ş.Mustafayev mayın 24-də də də 5 matçlıq cəzalandırılmışdı. 
 
19 may 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Şirvansaray” FK - “Astara” FK oyununda “Astara” FK komandasının rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.
 
AFFA U-14 Liqasında keçirilən “Qəbələ” İK - “Azart” oyunu bitdikdən sonra “Azart” komandasının baş məşqçisi Səxavət Ağazadə hakimlər briqadasını təhqir edilməsinə görə 3 oyun cəzalandırılıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31