6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Braqa”nın hücumçusu: “Qarabağ” fərqli komandadır”

“Qarabağ” fərqli komandadır”.
 
Futbolxeber.az sport” xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun futbolçusu Rikardo Horta UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri Azərbaycan çempionu barədə danışarkən deyib.
 
29 yaşlı hücumçu Portuqaliya çempionatında “Sportinq”ə böyükhesablı (0:5) məğlubiyyətə baxmayaraq, avrokuboklarda ab-havanın fərqli olduğunu bildirib: “Hər oyunun öz tarixçəsi var. İndi üzərimizə düşən “Sportinq”lə matçdakı səhvlərdən nəticə çıxarmaq və “Qarabağ”la görüşə köklənməkdir. Rəqibi təhlil edirik. Cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq istəyirik”.
 
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31