Ölkə futbolu
Samir Abasov: “Mənə “Neftçi” ilə bağlı suallar verməyin”
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib: “Mübarizə çox oldu. Futbolçuların qərar vermək üçün vaxtı yox idi. Xoş odur ki, qalib gəldik. Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə gedirik. Oyunçulara və azarkeşlərə təşəkkür edirəm”.
- Şahin Diniyev bildirdi ki, təki Samir Abasova uduzum, problem deyil...
- Nə deyim vallah? Deyiləsi bir sözüm yoxdur. Şahin Diniyev mənim millidə məşqçim olub. İnsan və məşqçi kimi hörmətim olan adamdır. Biz cavanların arasında nəsə ola bilər. Dediklərimizi qəbul etmərik. Amma Şahin Diniyev hamı ilə dil tapan insandır. Bu cür insanlardan öyrənməliyik. Komplimentdirsə, çox sağ olsun. Deyilsə də, sağ olsun.
- Kasimir Ninqanın vəziyyəti nə yerdədir?
- Zədə eyni yerdəndir. Hər şey normal idi. Sadəcə, əzələləri elədir ki, 2-3 yerdə ləkələr düşür. Hər bir halda sürətli oyunçuların başına gələn hadisədir. Özü də dilxordur, biz də. Bir ay da buna vaxt gedəcək.
- Hazırda üçüncü pillədəsiz və sabah “Neftçi” qələbə qazanmasa, ilk yarını bu mövqedə başa vuracaqsız. Halbuki mövsümün əvvəlində kimsə bunu proznoqlaşdırmırdı. “Sumqayıt”ın uğurunun sirri nədədir?
- Futbolçuları inandırırdıq ki, bu yerlərdə ola bilərik. Çox yaxşı haldır. Təəssüf ki, toplanışa problemlərlə gedəcəyik. Ninqadan savayı, Vüqar Mustafayev də əməliyyata yollanacaq. O da iki ay olmayacaq.
- Fasiləyə ilk üçlükdə yollanmağınız fasilə müddətində rəhbərlik qarşısında tələblərinizi artıracaq?
- Bizim kimi komandalarda tələblər mövsümün ortasında qoyulmur. İlin əvvəlində plan cızılır və ilin sonuna kimi də gedir. "Lerik"lə matçda futbolçumuz zədələndi. Mövsümdə də 6-7 legioner götürüb onlarla hərəkət edəcəyini ehtimal edirsən. Bu cür zədələr planların pozulması deməkdir. Rəhbərliklə danışacağıq. Biz hələ uğur qazanmamışıq. Mayın axırında 8-9-cu yerdə olacağıqsa, dediklərim yaddan çıxacaq. Gördüyüm iş ona təkandır.
- Yəqin ki, "Sumqayıt"ın bu mövsüm istənilən komandanı məğlub etməsi, heç kimə sürpriz gəlməz...
- Burada kiməsə məsləhət vermək istəmirəm. Öyrətmək haqqım da yoxdur. Ancaq çoxu ilə razı deyiləm. Kimlərsə, hansısa oyunları, komandaları analiz edirsə, bunu daha dərindən etməlidir. Oyunun içində çox yaxşı işlər görürük. İnsanlara nəyisə çatdırmaq üçün özləri də savadlanmalıdır. Bilirəm ki, bundan sonra da tənqidlər olacaq. Ki, mənə savadsız deyirsən, filan kimi. Amma şəxsi fikrimdir. Komandam analiz edilirsə, meydanda baş verən proseslər analiz edilsin.
- Özünüzü necə motivasiya edirsiniz?
- Motivasiyam şəhərimdir, azarkeşlərimdir. Evə kimi hamı futboldan danışır. Futbolçularıma çatdırıram ki, siz evə gedirsiniz, mən nələrlə üzləşirəm. Bəzən çox haqsızlıqla üzləşmişik. Amma bu, yolumuzdan dönməyə imkan verməyib. Mayda 8-9-cu olsam, birinci siz yazacaqsınız ki, dekabrda belə danışırdım. Sakitəm, danışmıram, mayda danışaram.
- Sabah "Neftçi" - "Kəpəz" matçına baxacaqsınız?
- Xeyr, baxmayacağam. Çünki sabah istirahət gündür, dincələcəyəm. İşlərim var. Amma həmin ərəfədə televizoru yandırıb futbol getdiyini görsəm, baxaram. Bilmirəm, niyə həmişə mənim komandam qalır kənarda, mənə "Neftçi"dən suallar verilir? Mən də cavab verməli oluram. Dilimi saxlaya bilmirəm. Buradan çıxıram "Neftçi"dən zənglər gəlir ki, yenə nə oldu? Xahiş edirəm, mənə "Neftçi" ilə bağlı suallar verməyin. Mənim öz komandam var.
- "Neftçi"ni səfərdə məğlub etməyinizə çox sevinmişdiniz...
- Bu gün "Neftçi" də bizi keçsə, digəri də keçsə, dünya dağılmır. Hər şey çempionat bitəndə sayılır. Bu gün qalib gəlməyə çox köklənmişdik. Bundan da qorxurdum. Bəzən üstünlük "Səbail"ə keçəndə, öz-özümə deyirdim ki, nəyisə düz etmədik.
- Bəzi komandalar Antalya toplanışına getməmək qərarına gəlib. "Sumqayıt"ın planında hansısa dəyişiklik olacaq?
- Biz əvvəlcədən planları qurmuşduq. Noyabrdan. Deyəsən, "Qəbələ" də getməyəcək. Turdan-tura eşidirsən ki, hansısa komanda getmir. Qətiyyətlə gedəcəyimizi demirəm. Şəraitimiz də o qədər pis deyil. Meydançalar da var. Şəiraitimiz əladır. Bəlkə getmək fikrindən daşındıq. Orada qurduğumuz planlar da bəzən alınmır. Məsələn, ayın 8-nə oyun danışmışıq, zəng edirlər ki, həmin komanda gəlmir. Gərək başqa klubla danışaq. Sabah eşitsəniz ki, "Sumqayıt" da getmir, təəccüblənməyin.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
11:17
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
05.11.2026
04.11.2026
03.11.2026
























