7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Rəşad Sadıqov üçün yubiley qələbəsi

“Zirə” Rəşad Sadıqovun rəhbərliyi altında 50-ci qələbəsini qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, həm də baş məşqçi karyerasında yalnız bir klubu çalışdıran 41 yaşlı mütəxəssisin 50-ci uğuru olub.

Yubiley Azərbaycan kubokunun 1/8 final mərhələsinə təsadüf edib. Qəsəbə klubu "Turan Tovuz"la ev oyununda 2:1 hesablı əzmkar qələbə qazanıb.

Sadıqov 2020-ci ilin yayından rəhbərlik etdiyi “Zirə”ni ümumilikdə 125-ci matça çıxarıb. Paytaxt təmsilçisi onun rəhbərliyi altında 26 dəfə evdə, 24 dəfə səfərdə qalib gəlib.

Sadıqovun baş məşqçiliyi altında ilk qələbə 2020/21 mövsümünə təsadüf edib. “Qartallar” 2020-ci il sentyabrın 12-də Premyer Liqanın “Səbail”lə səfər oyununda 2:1 hesabı ilə qalib gəlib (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31