3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

De Byazi: “Belçikaya təslim olmaq fikrimiz yoxdur”

“Belçikaya təslim olmaq fikrimiz yoxdur”.

Futbnoxleber.az-ın voetbalgokken.nl saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Belçika yığmasına qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.

İtaliyalı mütəxəssis rəqibin heyətində ulduz futbolçuların cəmləşdiyini söyləyib: “Belçikalılarla oyun çox çətin olacaq. Rəqib böyük ulduzlara malik komandadır və FİFA reytinqində yuxarı pillələrdədir. Onların tanınmış klublarda çıxış edən futbolçuları var. Bizim oyunçuların çoxu isə daxili çempionatda mübarizə aparırlar. Ancaq yenə də öz oyunumuzu sərgiləyəcək və hədəflərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

67 yaşlı məşqçinin fikrincə, əsas problem milliyə namizəd futbolçu sayının az olmasıdır: “Düşünürəm ki, Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq çox çətin olar. Azərbaycan millisinin səviyyəsi o qədər yüksək olmasa da, ildən-ilə daha da yaxşılaşır. Yaxşı oyunçularımız var. Əsas problem odur ki, seçim imkanımız məhduddur”.

Qeyd edək ki, Azərbaycan – Belçika oyunu sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28