18 May 2026, Bazar ertəsi
Aleksandr Ramalinqomun yubiley qolu
Abubakar “Bursaspor”a keçir?
“Uşaqlar maksimumunu ortaya qoydu”
"Neftçi" və "Zirə" qalib gəldi

Ölkə futbolu

Aleksey Baqa: "Neftçi" güclü rəqib olsa da, "Dinamo" üçün keçilməz deyil"

"Sumqayıt"ın belaruslu sabiq baş məşqçisi Aleksey Baqa ölkəsinin "Dinamo" (Minsk) klubunun Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibi olan "Neftçi" haqda danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə o, Belarusun "football" nəşrinə müsahibəsində deyib ki, "Neftçi" güclü rəqib olsa da, "Dinamo" üçün keçilməz deyil:  
 
"Dinamo" üçün asan olmayacaq. "Neftçi"də yeni məşqçilər korpusu var. Komandada çoxlu ispandilli legionerlər oynayır. Əvvəl Türkiyə Superliqasında oynayanlar da az deyil. Amma unutmayaq ki, insanlar hər yerə çox ağır şərtlər altında hərəkət edir. Bu, həm idman həyatına, həm də gündəlik həyata aiddir. Amma "Neftçi" "Dinamo" üçün keçilməz komanda deyil". 
 
Qeyd edək ki, “Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Dinamo” (Belarus) – “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31