11 Oktyabr 2026, Bazar günü
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Ölkə futbolu

“Slavçev və Martinov Azərbaycan futbolu haqda müsbət fikirlər səsləndirdilər”

"Təəssüratlarım yaxşıdı. Burada olduğum üçün xoşbəxtəm”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un yeni transferi Martin Petkov deyib.

Bolqarıstanlı forvard Tovuz klubuna keçidini belə şərh edib: “Təklif gəldikdən sonra “Turan Tovuz”u araşdırdım. Klub haqda kifayət qədər məlumatlıyam. Təklif olunan şərtlər məni qane etdi. Beləcə transferim reallaşdı”.

Petkov daha əvvəl Azərbaycanda çıxış etmiş həmyerlilərindən ölkəmiz haqda xoş sözlər eşitdiyini bildirib: “Azərbaycan çempionatı haqda məlumatım var. Daha əvvəl “Qarabağ”da forma geymiş Simeon Slavçev dostumdu. Onunla danışdım. Eləcə də “Səbail”də çıxış etmiş Emil Martinovla söhbətləşdim. Hər ikisi Azərbaycan futbolu haqda müsbət fikirlər səsləndirdilər”.

O, yeni klubundakı hədəflərindən də söz açıb: “Məqsədim hər oyunda qalib gəlmək, komandamın uğur qazanmasına yardımçı olmaqdı. Əlimdən gələni edəcəm ki, “Turan Tovuz” mövsümün sonunda ilk dördlüyə düşə bilsin. Eləcə də kubokda da iddialı olacağıq. Bilirəm ki, “Turan Tovuz” ötən mövsüm yarımfinalda “Neftçi”yə uduzub. Kim bilir, bəlkə bu final oynadıq”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31