7 Dekabr 2025, Bazar günü
“Zirə” “Qarabağ”la heç-heçə etdi
DÇ-2026-nın püşkü atıldı (YENİLƏNİB)
Azər Bağırov: “Qələbəyə çox inanırdım”
Saşa İliç: “Cəzam çox ağırdır”

Ölkə futbolu

Alvaro "Xəzər Lənkəran"ın tarixinə düşdü

 

Alvaro Silva “Xəzər Lənkəran”ın tarixində qol sevinci yaşayan ilk ispaniyalı olub. Futbolxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XXIV turunun AZAL-la oyununda qol hesabını açan müdafiəçiyədək onun heç bir həmyerlisi komandanın heyətində qol sevinci yaşamamışdı.
 
Ümumilikdə isə Alvaro klub tarixində rəqib qapısına yol tapan 81-ci futbolçu oldu. Bu 81 oyunçudan başqa daha 7 rəqib futbolçu öz qapısına qol vurub. “Xəzər Lənkəran”ın qol vuran oyunçularına gəlincə isə onların 29-u yerli, 52-si əcnəbi futbolçudur. Milliləşənləri də nəzərə almaqla ilk ispaniyalıya qədər fərqlənən 51 legioner 21 ölkəni təmsil edirdi: Rumıniya – 12, Braziliya – 8, Türkiyə - 5, Bolqarıstan – 4, Portuqaliya, Kosta Rika, Argentina, Albaniya, Serbiya – hərəsindən 2, Nigeriya, Moldova, Mali, Kolumbiya, Honduras, Fransa, Fil Dişi Sahili, Almaniya, Xorvatiya, Sloveniya, Syerra Leone, Yunanıstan – hərəsindən 1. İspaniya bu siyahıda 22-ci ölkə oldu.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”da qol vuran 81 oyunçudan 74-ü Premyer Liqa matçlarında fərqlənib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31